1.1 milyon insanın pensiyası bu faizlə artacaq
07 Noyabr 2026, 19:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6895
17.10.2026, 11:50
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur".
Oxu24.com xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputatın sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən, əmək pensiyaları hər il yanvar ayında əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım faizinə uyğun indeksləşdirilir.
O qeyd edib ki, 2026-cı il üzrə orta aylıq əməkhaqqının artım göstəricisi ilin sonuna yaxın dəqiqləşəcək. Müvafiq rəsmi məlumatların 2027-ci ilin fevralında açıqlanacağı gözlənilir:
"Pensiyaların artırılmasının konkret faizi də həmin göstərici əsasında müəyyənləşəcək. Yeni mexanizmə əsasən, pensiya məbləğindən asılı olaraq indeksləşdirmə zamanı fərqli əmsallar tətbiq ediləcək. Bu yanaşmanın məqsədi nisbətən aşağı pensiya alan vətəndaşların daha yüksək məbləğdə pensiya alanlarla müqayisədə daha çox artım əldə etməsini təmin etməkdir.
Yeni qaydanın bütün növ əmək pensiyalarına - yaşa, əlilliyə və ailə başçısını itirməyə görə təyin olunan pensiyalara şamil edilməsi nəzərdə tutulur.
2027-ci ildə pensiyaların artım faizi hələlik məlum olmasa da, artımın hesablanmasında əsas göstərici 2026-cı il üzrə orta aylıq əməkhaqqının nominal artım səviyyəsi olacaq. Fərqli əmsalların tətbiqi isə pensiya məbləğindən asılı olaraq artımın həcminə təsir göstərəcək".
19:24 / 07 Noyabr 2026
76
19:11 / 07 Noyabr 2026
36
19:07 / 07 Noyabr 2026
70
19:04 / 07 Noyabr 2026
78
18:55 / 07 Noyabr 2026
72
18:53 / 07 Noyabr 2026
221
18:52 / 07 Noyabr 2026
116
18:22 / 07 Noyabr 2026
83
18:12 / 07 Noyabr 2026
91
18:08 / 07 Noyabr 2026
77
17:52 / 07 Noyabr 2026
634
17:37 / 07 Noyabr 2026
295
17:34 / 07 Noyabr 2026
1069
17:32 / 07 Noyabr 2026
119
17:30 / 07 Noyabr 2026
105
16:55 / 07 Noyabr 2026
107
16:31 / 07 Noyabr 2026
114
15:55 / 07 Noyabr 2026
126
15:23 / 07 Noyabr 2026
639
15:17 / 07 Noyabr 2026
175
15:02 / 07 Noyabr 2026
328
14:52 / 07 Noyabr 2026
713
14:47 / 07 Noyabr 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.