Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
270
16.10.2026, 21:03
Mülki-hüquqi münasibətlərdə ən çox qarşılaşılan problemlərdən biri vətəndaşların sənədlərin məzmunu ilə tanış olmadan onlara imza atmasıdır. Gündəlik həyatda, istər kredit, istər alqı-satqı, istərsə də xidmət müqavilələri bağlanarkən bir çox şəxs şərtləri diqqətlə oxumadan qol çəkir, sonradan isə arzuolunmaz öhdəliklərlə üzləşdikdə sənədin ləğvini tələb edir. Bəs hüquqi baxımdan "oxumamışam" bəhanəsi sənədi ləğv etmək üçün əsas sayıla bilərmi?
Gündəlik həyatda bir çox şəraitdə insanlar tələskənlikdən və ya lazımi diqqəti ayırmadıqlarından imzaladıqları müqavilənin hansı öhdəliklər yaratdığını sonradan fərqinə varırlar. Lakin hüquqi baxımdan hər bir imza şəxsin həmin sənəddəki şərtlərlə tam razılaşması mənasına gəlir. Sənədə qol çəkmək hüquqi öhdəliyin qəbul edilməsi deməkdir və "mən bunu oxumamışdım" demək şəxsi məsuliyyətdən azad etmir. Bu səbəbdən sənəd imzalayarkən maksimum diqqətli olmaq və hər bir maddəni təhlil etmək vacibdir.
Mövzu ilə bağlı sualları cavablandıran vəkil Şirəli Pireliyevdir. O, açıqlamasında müqavilələrin imzalanması, hüquqi nəticələri və hansı xüsusi hallarda sənədlərin məhkəmə qaydasında etibarsız sayıla biləcəyi barədə ətraflı məlumat verib:
“Müqaviləni və ya hər hansı başqa sənədi imzalayan şəxs bir nəfər kimi onunla tam razılaşdığını və şərtləri qəbul etdiyini ifadə edir. Sənədin yalnız "oxunmadan imzalanması" faktı onun av аvtоmatik olaraq ləğv edilməsi üçün hüquqi əsas hesab edilmir”.
Onun sözlərinə görə, əgər şəxs həmin müqaviləni hədə-qorxu gəlmə, məcbur etmə, aldanma və ya başqa qanunsuz təsir nəticəsində imzaladığını sübuta yetirə bilərsə, məhkəmə tərəfindən müqavilənin ləğvi və etibarsız sayılması mümkündür.
Yekun olaraq qeyd edək ki, hər hansı bir sənədə imza atmazdan öncə onun məzmunu ilə tam tanış olmaq gələcəkddə yarana biləcək hüquqi problemlərin qarşısını almaq üçün ən vacib addımdır. Qanun qarşısında "oxumamışdım" bəhanəsi keçərli sayılmadığı üçün vətəndaşlar hüquqi öhdəlik götürərkən daha məsuliyyətli olmalı və ehtiyac yarandıqda peşəkar hüquqşünas konsultasiyasından yararlanmalıdırlar.
Çimnaz Telmanqızı
17:18 / 13 Noyabr 2026
1
17:13 / 13 Noyabr 2026
41
17:07 / 13 Noyabr 2026
51
16:59 / 13 Noyabr 2026
60
16:51 / 13 Noyabr 2026
77
16:37 / 13 Noyabr 2026
107
16:29 / 13 Noyabr 2026
81
16:08 / 13 Noyabr 2026
190
16:00 / 13 Noyabr 2026
91
15:42 / 13 Noyabr 2026
318
15:37 / 13 Noyabr 2026
97
15:30 / 13 Noyabr 2026
97
15:01 / 13 Noyabr 2026
104
14:59 / 13 Noyabr 2026
226
14:50 / 13 Noyabr 2026
121
14:46 / 13 Noyabr 2026
108
14:33 / 13 Noyabr 2026
121
14:24 / 13 Noyabr 2026
595
14:17 / 13 Noyabr 2026
483
14:12 / 13 Noyabr 2026
119
14:05 / 13 Noyabr 2026
215
14:00 / 13 Noyabr 2026
118
13:43 / 13 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.