Azərbaycan Cümhuriyyətinin ilk tədqiqatçısı Mövsüm Əliyev KİMDİR?
10 Noyabr 2026, 11:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
904
16.10.2026, 18:37
Azərbaycanda erkən nikahların və qohumlar arasında nikahların qarşısının alınması istiqamətində mühüm addımlar atılmaqdadır. Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edib.
Qəbul edilən bu yeni qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olub və onun real nəticələr verib-verməyəcəyi diqqət mərkəzindədir. Erkən evliliklərin qarşısının alınması üçün təkcə tövsiyə xarakterli qaydalar deyil, həm də daha sərt hüquqi mexanizmlər və sosial tədbirlər həyata keçirilməlidir. Məktəblərdə maarifləndirmə işlərinin aparılması və ailələrlə birbaşa sosial işin qurulması zəruri addımlardandır. Lakin mövcud qanunvericilikdəki müəyyən boşluqların aradan qaldırılmasına ciddi ehtiyac duyulur. Məsələnin hərtərəfli həlli üçün cəmiyyətdə sosial məsuliyyət hissinin artırılması vacibdir.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran tanınmış sosioloq Naib Niftəliyev erkən nikahların yaranma səbəbləri, Nazirlər Kabinetinin qərarının effektivliyi və problemin həlli yolları barədə ətraflı danışıb.
Sosioloq bildirib ki, erkən nikahlara olan münasibət cəmiyyətdə əvvəlcədən bəllidir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq qaydalarda edilən dəyişikliklər maarifləndirmə işlərini əhatə edir.
Gənclərin ailənin, nikahın qorunması, möhkəmləndirilməsi və sağlamlığı ilə bağlı davranışının tənzimlənməsi istiqamətində maarifləndirici tədbirlər təbii ki, zəruridir. Lakin bu cür tədbirlər məcburi və ya icbari qaydada həyata keçirilmədiyi üçün hər zaman tam təsir göstərə bilmir.
Çünki qəbul edilən qaydalar tövsiyə xarakterlidir; kimisi məsələni anlayıb əməl edir, kimisi isə bunu istəmir. Buna görə də Nazirlər Kabinetinin qərarları ilə yanaşı, ümumilikdə müəyyən sosial-hüquqi tədbirlər də həyata keçirilməli və möhkəmləndirilməlidir.
Naib Niftəliyevin sözlərinə görə, erkən nikah məsələsində bir sıra ziddiyyətlər və boşluqlar aradan qaldırılmalıdır:
“Qanunvericilikdə hansı yaşın erkən nikah həddi nəzərdə tutulduğu, hansı yaşda qadağan olunduğu və ya nəyə icazə verildiyi dəqiq müəyyənləşdirilməlidir. Rəsmi nikah yaşı 18 yaş müəyyən edilibsə, 14-16 yaş hədləri ilə 18 yaş arasındakı fərq tam şəkildə hüquqi müstəvidə həllini tapmalıdır. Əks halda, sadəcə maarifləndirmə aparmaqla bu problemi tam aradan qaldırmaq mümkün deyil”.
Sosioloq qeyd edib ki, maarifləndirmə tədbirləri tövsiyə xarakteri daşıdığı üçün cəmiyyətin böyük əksəriyyəti tərəfindən çox da əhəmiyyətli hesab edilmir. Bu cür tədbirlər yalnız sosial-hüquqi sanksiyalar, sosial qarşılıqlı təsir və hüquqi mexanizmlərlə tamamlandığı təqdirdə həlledici əhəmiyyət kəsb edə bilər.
Erkən nikahların yaranmasında ailə təzyiqi və sosial mühitin roluna toxunan müsahib bildirib ki, hər bir uşaq müəyyən yaşa çatdıqdan və yetkinləşdikdən sonra həyat qurmaq istəyərkən valideynlərin davranışı böyük şəhərlərdə və ya müəyyən mühitlərdə rol oynaya bilər:
“Valideyn təzyiqi və ya sosial mühitin təsiri müəyyən şərtlər daxilində həlledici ola bilər, lakin fərdi seçimlər, şəxsi davranışlar və deviant qruplara daxilolma riski də mövcuddur.
Erkən nikahı şərtləndirən ən başlıca amillərdən biri isə ehtiyaclar və sosial-iqtisadi problemlərdir. İnsanların maddi vəziyyəti çətin olduqda, ailə qurmağı və ya övladlarını vaxtından əvvəl nikaha daxil etməyi bir çıxış yolu kimi görürlər”.
Sonda sosioloq bildirib ki, məktəblərdə maarifləndirmə və ailələrlə birbaşa sosial işlərin aparılması tək başına kifayət deyil. Bu proses elə tənzimlənməlidir ki, insanlar cəmiyyət qarşısında sosial məsuliyyət və qarşılıqlı öhdəliklər hiss etsinlər. Əgər dövlət dəstəyi artırılarsa, mənzil-məişət güzəştləri edilərsə və erkən nikahlardan yayınaq gənc ailələrə xüsusi imtiyazlar tanınarsa, erkən nikahların qarşısını almaq daha real nəticələr verəcəkdir.
Çimnaz Telmanqızı
11:28 / 10 Noyabr 2026
1
11:16 / 10 Noyabr 2026
75
11:04 / 10 Noyabr 2026
52
10:45 / 10 Noyabr 2026
77
10:39 / 10 Noyabr 2026
386
10:32 / 10 Noyabr 2026
85
10:28 / 10 Noyabr 2026
126
10:21 / 10 Noyabr 2026
164
10:17 / 10 Noyabr 2026
108
10:15 / 10 Noyabr 2026
130
10:10 / 10 Noyabr 2026
110
09:50 / 10 Noyabr 2026
438
09:46 / 10 Noyabr 2026
105
09:35 / 10 Noyabr 2026
133
09:26 / 10 Noyabr 2026
181
09:19 / 10 Noyabr 2026
127
08:56 / 10 Noyabr 2026
235
08:46 / 10 Noyabr 2026
341
08:42 / 10 Noyabr 2026
2796
05:37 / 10 Noyabr 2026
167
05:27 / 10 Noyabr 2026
272
04:34 / 10 Noyabr 2026
164
04:12 / 10 Noyabr 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.