Vilyam Hacıyev danışdı - Azadlıqda ilk fotosu
28 Noyabr 2026, 16:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
811
15.10.2026, 00:15
2001–2002-ci illərdə Prezident təqaüdünə ilk layiq görülən gənclərin illər sonrakı həyat və karyera yolları ilə bağlı maraqlı məlumatlar açıqlanıb.
Oxu24.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu barədə paylaşım edib.
O bildirib ki, 2023-cü ildə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ilk Prezident təqaüdçülərinin sonrakı taleyi araşdırılıb və onlarla 41 videomüsahibə hazırlanıb.
Məleykə Abbaszadənin sözlərinə görə, vaxtilə yüksək nəticələrlə seçilən həmin gənclər bu gün müxtəlif sahələrdə uğurlu karyera qurublar. Onların arasında həkimlər, diplomatlar, dövlət qulluqçuları, sahibkarlar, eləcə də yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə çalışan şəxslər var.
DİM sədri qeyd edib ki, müsahibələrdə ən diqqətçəkən məqamlardan biri həmin gənclərin illər əvvəl Heydər Əliyevlə görüşləri barədə xatirələridir.
O vurğulayıb ki, gənclərin uğurlarının yüksək səviyyədə qiymətləndirilməsi onların gələcək həyatında mühüm motivasiya mənbəyinə çevrilib.
Məleykə Abbaszadə ilk Prezident təqaüdçülərinin həyat hekayələrini əks etdirən videomüsahibələri yenidən ictimaiyyətin diqqətinə çatdıraraq gənclərə, valideynlərə və müəllimlərə izləməyi tövsiyə edib.Modern.az
Həmin videoları təqdim edirik:
16:40 / 28 Noyabr 2026
1
16:35 / 28 Noyabr 2026
19
16:07 / 28 Noyabr 2026
75
15:49 / 28 Noyabr 2026
266
15:41 / 28 Noyabr 2026
132
15:07 / 28 Noyabr 2026
147
14:55 / 28 Noyabr 2026
120
14:38 / 28 Noyabr 2026
216
14:09 / 28 Noyabr 2026
150
13:52 / 28 Noyabr 2026
653
13:22 / 28 Noyabr 2026
1014
13:02 / 28 Noyabr 2026
239
12:56 / 28 Noyabr 2026
157
12:43 / 28 Noyabr 2026
420
12:12 / 28 Noyabr 2026
1434
12:05 / 28 Noyabr 2026
162
11:50 / 28 Noyabr 2026
174
11:21 / 28 Noyabr 2026
178
11:13 / 28 Noyabr 2026
160
10:46 / 28 Noyabr 2026
297
10:39 / 28 Noyabr 2026
431
10:29 / 28 Noyabr 2026
178
10:25 / 28 Noyabr 2026
372
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.