Qaynar xətt:

(+99450) 247 90 86

Sabirabaddan Mingəçevirə gələn dostlar ev soydular - FOTO

2019-09/1567349241_pul.jpg

CƏMİYYƏT

1171

01.09.2019, 18:48

\"\" Sabirabaddan Mingəçevirə gələn üç dost oğurluq ediblər.
Oxu24.com xəbər verir ki, onlar əlbir olub şəhərdə yerləşən mənzili qarət ediblər. Evə daxil olan “qəhrəman”lar 7500 ABŞ dolları, 4500 avro və qızıl-zinət əşyaları oğurlayıblar.
Qənimətləri aralarında bölməyə macal tapsalar da, Mingəçevir polisi onlara çox da uzağa getməyə imkan verməyib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvələr məhkumluq həyatı yaşamış şəhər sakini Tehran Atakişiyev və Sabirabad rayon sakini Sərxan Quliyev Mingəçevir ərazisində, Mahmud Məmmədov isə Şirvan şəhərində saxlanılıb. Saxlanılan Mingəçevir və Sabirabad sakinləri əməllərini etiraf ediblər. Polis əməkdaşları tərəfindən onların məzildən oğurladıqları pul və qızıl zinət əşyaları maddi sübüt kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.