Sabiq nazirə ağır itki üz verib
14 Noyabr 2026, 17:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
745
19.01.2026, 10:13
“Xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi Qaydası” təsdiqlənib.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Xüsusi icra məmurlarının fəaliyyətinə Nazirlik tərəfindən nəzarət plan üzrə və plandankənar yoxlamalar aparmaqla həyata keçirilir. Xüsusi İcra Məmurlarının Palatasının üzvü Nazirlik tərəfindən xüsusi icra məmurunun fəaliyyətinin
yoxlanılmasına cəlb oluna bilər. Yoxlamalar yerlərə getməklə və ya getmədən (xüsusi icra məmurunun hesabatları və digər məlumatları əsasında) aparılır. Plan üzrə (növbəti) yoxlama 2 (iki) ildə bir dəfədən çox olmayaraq dövriliklə aparılır. Yoxlamalar planı Nazirlik tərəfindən müəyyən edilir. Planda fəaliyyəti yoxlanılacaq xüsusi icra məmurlarının siyahısı, yoxlamanın tarixi və yeri göstərilir.Yoxlamalar planı əsasında yoxlamanın təyin edilməsi barədə qərar qəbul edilir.
Yoxlamanın aparılması yoxlamanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə həvalə edilə bilməz. Yoxlamanın aparılması zamanı maraqların toqquşması hallarına yol verilməməlidir. Yoxlayıcı yoxlamaya başlamazdan əvvəl və ya yoxlamanın gedişində şəxsi maraqlarına toxunan, habelə onun qərəzsizliyinə əsas verə bilən hallar aşkar etdikdə, bu haqda məlumat verməlidir.
Xüsusi icra məmurlarının ilk dəfə fəaliyyətə başlamasından 6 ay keçmədən plan üzrə yoxlanılma aparıla bilməz. Plan üzrə yoxlamanın başlanmasına azı 10 (on) iş günü qalmış xüsusi icra məmuruna onun yeri və tarixi barədə yazılı bildiriş göndərilir.
Yoxlamalar nəticəsində xüsusi icra məmurunun fəaliyyətində intizam pozuntusunun əlamətləri aşkar edildikdə Nazirlik onun barəsində intizam icraatına başlanılması üçün İntizam Komissiyasına, cinayət və ya inzibati xəta tərkibinin
əlamətləri aşkar edildikdə isə səlahiyyətli dövlət orqanına müraciət edir. Səlahiyyətli dövlət orqanına müraciət edilməsi xüsusi icra məmurunun intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir.
18:03 / 14 Noyabr 2026
1
17:18 / 14 Noyabr 2026
118
17:15 / 14 Noyabr 2026
87
16:20 / 14 Noyabr 2026
105
16:05 / 14 Noyabr 2026
140
15:45 / 14 Noyabr 2026
112
15:27 / 14 Noyabr 2026
276
15:25 / 14 Noyabr 2026
120
15:07 / 14 Noyabr 2026
253
15:05 / 14 Noyabr 2026
132
14:44 / 14 Noyabr 2026
170
14:31 / 14 Noyabr 2026
121
14:24 / 14 Noyabr 2026
682
14:19 / 14 Noyabr 2026
121
14:15 / 14 Noyabr 2026
113
14:09 / 14 Noyabr 2026
271
13:50 / 14 Noyabr 2026
2989
13:48 / 14 Noyabr 2026
146
13:16 / 14 Noyabr 2026
145
13:03 / 14 Noyabr 2026
120
12:49 / 14 Noyabr 2026
161
12:25 / 14 Noyabr 2026
150
12:09 / 14 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.