İqbal Ağazadənin kabinetində HƏBS EDİLƏN VAR - TƏCİLİ XƏBƏR
19 Yanvar 2026, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
60
19.01.2026, 11:03
XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi ən ağır və sarsıdıcı sınaqlardan biri 1990-cı ilin yanvar hadisələri oldu. Totalitar sovet rejimi süquta uğradığı bir mərhələdə xalqımızın azadlıq arzularını silah gücü ilə boğmağı hədəfləyərək ağır cinayət törətməkdən çəkinmədi. Lakin bu qanlı müdaxilə, əksinə, Azərbaycan cəmiyyətində milli özünüdərki daha da gücləndirdi, azadlıq ideyasını geri dönməz bir iradəyə çevirdi və xalqın tarix qarşısında verdiyi ən ağır, lakin ən şərəfli qərarlardan birinin rəmzi oldu.
Yanvar faciəsinə aparan proseslərin əsası 1987-ci ildən etibarən qoyulmuşdu. Həmin dövrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlıların növbəti dəfə kütləvi şəkildə deportasiyası həyata keçirilmiş, eyni zamanda Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində açıq və məqsədli cəhdlər güclənmişdi. Ermənistanın separatçı və işğalçı niyyətlərinin qarşısını almaq əvəzinə, Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet hakimiyyəti Azərbaycan xalqının haqlı tələblərinə laqeyd yanaşmış, terror və separatizmi təşviq edən qüvvələrə dolayısı dəstək göstərərək xalqımıza qarşı bu cinayətin törədilməsinə şərait yaratmışdı.
Mövcud təhlükələrə baxmayaraq, Sovet hakimiyyətinin bu qanlı əməlinə açıq etiraz edən Ümummilli Lider Heydər Əliyev faciədən bir gün sonra - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla həmrəy olduğunu bəyan etdi. O, 20 Yanvar hadisələrinə siyasi qiymət verərək bu faciənin hüquq, demokratiya və humanizm prinsiplərinə tam zidd olduğunu, mərkəzi hakimiyyətin və o dövrdəki respublika rəhbərliyinin xəyanəti nəticəsində baş vermiş ciddi siyasi səhv olduğunu açıq şəkildə ifadə etdi.
Ulu Öndərin vurğuladığı kimi, bu təcavüz xalqımızı mənəvi baxımdan sarsıtsa da, ağır itkilərə səbəb olsa da, onun iradəsini qıra bilmədi. Azərbaycan xalqının qüruru tapdanmadı, əksinə, bu hadisə qəhrəmanlıq salnaməmizə yeni və əbədi bir səhifə kimi yazıldı, müstəqilliyə aparan yolda keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Məhz Ümummilli Liderin təşəbbüsü və qətiyyətli mövqeyi nəticəsində 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Mürəkkəb və ziddiyyətli tarixi şəraitə baxmayaraq, Heydər Əliyevin siyasi iradəsi və ardıcıl fəaliyyəti sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarları ilə bağlı obyektiv həqiqətlər üzə çıxarıldı.
Bütün bu proseslər fonunda aydın görünürdü ki, 20 Yanvar hadisələri təkcə konkret bir gecə ilə məhdudlaşan faciə deyildi. Sözügedən hadisələr illərlə yığılan siyasi ədalətsizliyin, milli hüquqların sistemli şəkildə tapdanmasının və Azərbaycan xalqının iradəsinə qarşı yönəlmiş təzyiqlərin məntiqi nəticəsi idi. Qanlı Yanvar sovet hakimiyyətinin əsl mahiyyətini aydın şəkildə ortaya qoyaraq, imperiya idarəçiliyinin Azərbaycan cəmiyyəti üçün qəbuledilməz olduğunu nümayiş etdirdi və azadlıq yolunun artıq geri dönüşü olmayan mərhələyə daxil olduğunu göstərdi.
Şübhəsiz ki, 20 Yanvar günü Azərbaycanın yenidən müstəqilliyə qovuşması yolunda həlledici mərhələnin başlanğıcı oldu. Bu tarix ləyaqətini qorumaq üçün qurbanlar verməyə hazır olan bir millətin şərəfli tarix səhifəsidir. Vətəninin azadlığını, xalqının şərəf və namusunu hər şeydən üstün tutan igid Azərbaycan övladları həmin qanlı gecədə canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar.
Azərbaycan xalqı 1990-cı ilin yanvarında azadlıq uğrunda zirehli texnikaların qarşısına əliyalın çıxan, müstəqillik naminə həyatını qurban verən oğul və qızlarını heç vaxt unutmur. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, adlarının daim uca tutulması, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən ardıcıl və mühüm tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan dövləti öz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, onların xatirəsini dərin ehtiramla yad edir və ruhlarına hörmət nümayiş etdirir.
Dövlət başçısının müdrik və qətiyyətli liderliyi, düşünülmüş iqtisadi, hərbi, siyasi və diplomatik strategiyası, eləcə də şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, hər bir qarış torpağımızda müqəddəs üçrəngli bayrağımız dalğalanmaqdadır. Bu tarixi qələbə Vətənini sevən, milli maraqları hər zaman uca tutan hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir. Qəhrəman şəhidlərimizin qanı bahasına əldə edilmiş müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq hər birimizin müqəddəs mənəvi borcudur.

Zaur Şükürov
Milli Məclisin deputatı
Həmçinin oxuyun
12:58 / 19 Yanvar 2026
105
12:57 / 19 Yanvar 2026
12
12:43 / 19 Yanvar 2026
22
12:40 / 19 Yanvar 2026
123
12:20 / 19 Yanvar 2026
120
11:57 / 19 Yanvar 2026
40
11:55 / 19 Yanvar 2026
59
11:54 / 19 Yanvar 2026
43
11:36 / 19 Yanvar 2026
49
11:23 / 19 Yanvar 2026
53
11:19 / 19 Yanvar 2026
69
11:11 / 19 Yanvar 2026
71
11:03 / 19 Yanvar 2026
1060
11:03 / 19 Yanvar 2026
67
10:45 / 19 Yanvar 2026
50
10:39 / 19 Yanvar 2026
83
10:36 / 19 Yanvar 2026
62
10:27 / 19 Yanvar 2026
63
10:26 / 19 Yanvar 2026
49
10:17 / 19 Yanvar 2026
647
10:14 / 19 Yanvar 2026
91
10:13 / 19 Yanvar 2026
78
10:09 / 19 Yanvar 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.