Adambaşına müavinət xərci 3946,16 manat olacaq
05 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
496
13.10.2026, 12:45
Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlərin diqqətinin təhsilə yönəldilməsi və məktəb mühitində müəyyən qaydaların qorunması baxımından əhəmiyyət daşıyır. Geyim qaydalarına riayət edilməsi təhsil müəssisələrində nizam-intizamın təmin olunmasına da müsbət təsir göstərə bilər.
Opera və Balet Teatrının quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev Oxu24.com-a açıqlamasında vahid məktəbli geyimi ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, vahid geyim forması müxtəlif ölkələrdə tətbiq olunan və şagirdlərin diqqətini təhsilə yönəltməyə xidmət edən amillərdən biridir.
“Hər bir məkanın, hər bir auditoriyanın özünəməxsus geyim qaydaları və etikası olmalıdır. Bu qaydalara riayət edildikdə müsbət nəticələr əldə etmək mümkündür. Bu baxımdan düşünürəm ki, vahid geyim forması şagirdlərin daha çox təhsilə yönəlməsinə imkan yarada bilər”, – deyə Hafiz Quliyev qeyd edib.
Quruluşçu rejissorun sözlərinə görə, geyim insanın həyat tərzinə və psixoloji vəziyyətinə müəyyən təsir göstərir. Buna görə də bu məsələyə düşünülmüş şəkildə yanaşmaq, geyim qaydalarının təhsil mühitindəki rolunu nəzərə almaq vacibdir.
O hesab edir ki, vahid məktəbli geyiminin tətbiqi şagirdlərin diqqətini xarici görünüşdən daha çox biliklərə və tədris prosesinə yönəltməyə kömək edə bilər.
Turan Etibaroğlu
15:10 / 05 Noyabr 2026
26
14:57 / 05 Noyabr 2026
87
14:50 / 05 Noyabr 2026
85
14:48 / 05 Noyabr 2026
86
14:44 / 05 Noyabr 2026
71
14:41 / 05 Noyabr 2026
95
14:36 / 05 Noyabr 2026
81
14:25 / 05 Noyabr 2026
105
14:24 / 05 Noyabr 2026
101
14:18 / 05 Noyabr 2026
243
14:08 / 05 Noyabr 2026
137
14:01 / 05 Noyabr 2026
102
13:48 / 05 Noyabr 2026
1092
13:41 / 05 Noyabr 2026
108
13:20 / 05 Noyabr 2026
157
13:12 / 05 Noyabr 2026
173
13:02 / 05 Noyabr 2026
387
13:00 / 05 Noyabr 2026
199
12:56 / 05 Noyabr 2026
191
12:51 / 05 Noyabr 2026
134
12:41 / 05 Noyabr 2026
451
12:40 / 05 Noyabr 2026
139
12:39 / 05 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.