ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1678
13.10.2026, 12:39
VPN-dən istifadə bir çox hallarda insanların işinə yarasa da, təhlükəsizlik baxımından mübahisəli məsələ olaraq qalır. Belə ki, bəzi VPN xidmətləri internetdə məxfiliyin qorunması və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır.
VPN-dən istifadə zamanı bank kartı məlumatları risk altına düşə bilərmi? Bu xidmətlərdən istifadə edərkən hansı təhlükələrə diqqət yetirmək lazımdır?
Oxu24.com xəbər verir ki,Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev Demokrat.az-a açıqlamasında bildirib ki, VPN-dən istifadə zamanı bank kartı məlumatlarının risk altına düşməsi mümkündür. Lakin bu, birbaşa VPN-in özündən deyil, daha çox istifadə edilən xidmətin növündən və istifadə qaydasından asılıdır:
"VPN istifadə edərkən bank məlumatları müəyyən şərtlərdə risk altına düşə bilər. Əgər siz pulsuz və ya etibarsız, şübhəli VPN xidmətindən istifadə edirsinizsə, bu, bank məlumatlarınızın oğurlanmasına səbəb ola bilər. Şübhəli VPN provayderləri internet trafikinizi izləyə və ötürülən məlumatları ələ keçirə bilər. Əgər daxil olduğunuz sayt və ya tətbiq HTTPS protokolu ilə kifayət qədər güclü şifrələnməyibsə, kart məlumatlarınız provayder tərəfindən oxuna bilər. Pulsuz VPN-lərin çoxu internet davranışınızdan, daxil olduğunuz saytlardan və şəxsi profilinizdən qazanc əldə edir. Bu məlumatlar reklam şirkətlərinə və ya kibercinayətkarlara satıla bilər. Bəzi saxta VPN tətbiqləri isə cihazınıza casus proqramlar və ya klaviatura hərəkətlərini qeydə alan proqramlar yerləşdirərək bank tətbiqlərinə daxil etdiyiniz şifrələri və kart nömrələrini birbaşa oğurlaya bilər".
Mütəxəssis qeyd edib ki, VPN istifadə edərkən təhlükəsizliyi qorumaq üçün provayderin "no-logs" siyasətinə malik olduğundan və bu siyasətin müstəqil auditlərlə təsdiqləndiyindən əmin olmaq lazımdır:
"Əgər provayder sizin fəaliyyətinizi qeydə alırsa, məlumatlarınızın təhlükəsizliyi risk altında qala bilər. VPN-in AES-256 kimi güclü şifrələmə standartlarından istifadə etdiyini yoxlayın. Pulsuz VPN-lərdən uzaq durmaq da vacibdir. "Məxfiliyi qoruyuruq" deyən, lakin aydın gəlir modelinə malik olmayan xidmətlər çox vaxt sizin məlumatlarınızdan qazanc əldə edir. VPN istifadə etsəniz belə, daxil olduğunuz saytların ünvan sətrində HTTPS bağlantısının olduğuna diqqət yetirin. VPN internet trafikinizi cihazınızla VPN serveri arasında şifrələyir, HTTPS isə brauzerinizlə sayt arasındakı bağlantını şifrələyir. Hər ikisinin istifadəsi təhlükəsizliyi artırır. VPN tətbiqini yalnız rəsmi mağazalardan (App Store, Google Play) yükləmək də vacibdir. Üçüncü tərəf saytlardan yüklənən APK və ya EXE faylları cihazınıza ciddi zərər verə bilər. Bank əməliyyatları zamanı ən təhlükəsiz yanaşma etibarlı VPN xidmətlərindən istifadə etmək və ya mümkün qədər ictimai Wi-Fi şəbəkələrinə qoşulduqda bank tətbiqlərini açmaqdan çəkinməkdir".
00:15 / 03 Noyabr 2026
1
00:06 / 03 Noyabr 2026
36
23:44 / 02 Noyabr 2026
54
23:39 / 02 Noyabr 2026
63
23:38 / 02 Noyabr 2026
36
23:37 / 02 Noyabr 2026
80
23:32 / 02 Noyabr 2026
74
23:28 / 02 Noyabr 2026
74
23:24 / 02 Noyabr 2026
72
23:19 / 02 Noyabr 2026
107
23:12 / 02 Noyabr 2026
81
23:05 / 02 Noyabr 2026
98
23:05 / 02 Noyabr 2026
95
22:55 / 02 Noyabr 2026
225
22:48 / 02 Noyabr 2026
190
22:44 / 02 Noyabr 2026
84
22:27 / 02 Noyabr 2026
105
22:25 / 02 Noyabr 2026
100
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
101
22:09 / 02 Noyabr 2026
84
22:08 / 02 Noyabr 2026
93
22:06 / 02 Noyabr 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.