Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
436
13.10.2026, 09:29
Bir neçə gün əvvəl Bakıda güclü yağış və leysan gözlənildiyi üçün paytaxtda hazırlıq işləri görülür, yeraltı keçidlərin girişlərinə qum kisələri düzülürdü. Lakin gözlənilən yağıntılar baş vermədi və görülən tədbirlər müzakirə mövzusuna çevrildi.
Hava proqnozları niyə bəzən özünü doğrultmur? Hazırda yaz havası hiss olunur, bu, “fırtına öncəsi səssizlik” ola bilərmi? Bizi həqiqətən leysanlar gözləyirmi?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, hər şeydən əvvəl, bu, bir proqnozdur:
“Yəni ehtimalı yüksək olan hava şəraiti barədə məlumatlandırma mexanizmidir. 50 il əvvəl elm, texnika indiki dövrlə müqayisədə dəfələrlə zəif idi və proqnozların dəqiqlik ehtimalı daha aşağı idi. Lakin bu gün kompüterlər, süni intellekt, avtomatlaşdırılmış stansiyalar vasitəsilə daxil olan məlumatların emalı və proqnozların hazırlanmasında tamamilə yeni texnoloji yanaşmalar və müasir üsullar tətbiq olunur. Buna baxmayaraq, son proqnozların özünü doğrultmaması göstərir ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də mütəxəssis və peşəkar təşkilatların strukturunun optimallaşdırılmasına böyük ehtiyac var. Mütəxəssis qıtlığı və peşəkarlıq səviyyəsinin mövcud vəziyyəti də öz mənfi təsirini göstərir. Bu problem məhz həmin amillərlə əlaqəlidir”.
Ekoloq bildirib ki, hazırda Bakıda, o cümlədən nisbətən hündür ərazidə yerləşən Yasamalda havanın temperaturu 20 dərəcədir:
“Bu, payız mövsümü üçün orta maksimum temperatur hesab olunur. Payız fəsli yağıntı, yağmur, külək və çiskinlə yanaşı, belə temperaturlarla da müşayiət edilə bilər. Buna görə də mövcud hava şəraitini həm anomaliya, həm də payızın mülayim havası kimi qiymətləndirmək olar. Payızın ölkəmizdə başlamasından cəmi 20 gün keçib. Bu səbəbdən mövcud vəziyyəti hansısa “fırtına öncəsi sakitlik” kimi dəyərləndirərək vətəndaşları narahat etməyə ehtiyac yoxdur.
Payız özünəməxsus xüsusiyyətlərini təbii şəkildə göstərir. Havanın bu cür keçməsi insan həyat tərzi, ekologiya və kənd təsərrüfatı baxımından normaldır. Bu hava şəraitinin yaratdığı imkanlardan müsbət mənada istifadə etməliyik. Ümid edək ki, yaxın günlərdə dəhşətli fırtına, çovğun və ya güclü sel kimi təhlükəli hava hadisələri ilə qarşılaşmayacağıq”.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.