Qanunda nə yazılıb? - Vahid məktəbli forması ilə bağlı RƏY
13 Oktyabr 2026, 00:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
77
12.10.2026, 23:04
Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu
AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarından nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsini davam etdirir.
Bu dəfə söhbət “Suraxanı” gəmi-muzeyinin “Naviqasiya və rabitə” zalında nümayiş etdirilən 1834-cü ilə aid kiçik qlobusdan gedir.
Yer kürəsinin bu kiçik modeli Vyanada xəritə və qlobusları nəşr etməsi ilə tanınan Trankvillo Mollo tərəfindən hazırlanıb. Ölçüləri 47×30 santimetr olan eksponat ağac və misdən hazırlanıb. O, üçayaqlı taxta dayaq üzərində yerləşdirilib və mis meridian halqa ilə əhatə olunub. Üfüq halqasında da astronomik məlumatlar əksini tapıb.
Qeyd edək ki, Mollo adı XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Vyanada xəritə və qlobusların hazırlanması və nəşri sahəsində tanınan adlardan biri olub. “Suraxanı” gəmi-muzeyində qorunan 1834-cü ilə aid bu nümunənin coğrafi biliklərin və kartoqrafiyanın inkişafını əks etdirən tarixi eksponat kimi dəyəri var.
Qlobusda məşhur dəniz səyyahı Ceyms Kukun üç ekspedisiyasının marşrutlarının göstərilməsi xüsusi maraq doğurur. Birinci səyahət 1768–1771-ci illərdə, ikinci səyahət 1772–1775-ci illərdə baş tutub. Üçüncü səyahət isə 1776-cı ildə başlayıb, Kukun 1779-cu ildə həlak olmasından sonra da davam edib və 1780-ci ildə başa çatıb.
Qlobusda göstərilən marşrutlar XVIII əsrin coğrafi kəşflərini əks etdirir və uzaq dəniz səfərlərinin nəticələrinin sonrakı onilliklərdə nəşr olunan xəritələrdə necə əks olunduğunu göstərir.
Qlobusda, həmçinin həmin dövrdə istifadə olunan ölkə və coğrafi ərazilərin adları qeyd edilib. Bu adlar XIX əsrin birinci yarısında dünya coğrafiyasının necə təsəvvür edildiyini, ayrı-ayrı bölgələrin hansı adlarla tanındığını və Yer kürəsi haqqında məlumatların necə sistemləşdirildiyini izləməyə imkan verir.
00:13 / 13 Oktyabr 2026
19
00:08 / 13 Oktyabr 2026
47
00:07 / 13 Oktyabr 2026
45
00:05 / 13 Oktyabr 2026
43
23:56 / 12 Oktyabr 2026
45
23:49 / 12 Oktyabr 2026
106
23:46 / 12 Oktyabr 2026
417
23:32 / 12 Oktyabr 2026
93
23:25 / 12 Oktyabr 2026
68
23:17 / 12 Oktyabr 2026
91
23:16 / 12 Oktyabr 2026
79
23:14 / 12 Oktyabr 2026
149
23:04 / 12 Oktyabr 2026
984
23:01 / 12 Oktyabr 2026
97
22:54 / 12 Oktyabr 2026
107
22:43 / 12 Oktyabr 2026
117
22:42 / 12 Oktyabr 2026
95
22:39 / 12 Oktyabr 2026
93
22:35 / 12 Oktyabr 2026
332
22:25 / 12 Oktyabr 2026
172
22:25 / 12 Oktyabr 2026
104
22:23 / 12 Oktyabr 2026
179
22:13 / 12 Oktyabr 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.