Sevgi və pul – Üç BÜRC üçündür
03 Noyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
399
12.10.2026, 18:35
Azərbaycanda son aylarda ətin qiymətində artım müşahidə edilir. Belə ki, paytaxtda hazırda sümüklü mal ətinin kiloqramı 19 manat, sümüksüz ətin qiyməti isə 25 manatdır. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat idi.
Bəs davamlı bahalaşmanın əsas səbəbi nədir? Burada süni qiymət artımı varmı?
Oxu24.com Ölkə.az-a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin Siyahısı" təsdiqlənib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir:
"Eləcə də, ayrı-ayrı mal, iş və xidmətlərin qiymətlərinin formalaşması və tənzimlənməsi xüsusiyyətləri digər normativ hüquqi aktlarla müəyyənləşdirilə bilər. Digər malların qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur".
Sorğuya cavabda qeyd olunub ki, "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:
"Ət məhsullarının qiymətində dəyişikliklər bazarda tələb və təklifin nisbəti, diri heyvanların tədarük qiyməti, yem və saxlanma xərcləri, kəsim və daşınma xərcləri, eləcə də digər təsərrüfat amillərinin təsiri ilə formalaşa bilər".
"Hazırda qeyd olunan bazarda rəqabəti məhdudlaşdıran davranışların mövcudluğunu təsdiq edən hal müəyyən edilməyib. Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə, həmin məsələyə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində mahiyyəti üzrə baxıla bilər. Agentliyə rəsmi internet səhifəsi və elektron poçt vasitəsilə müraciət etmək mümkündür", - deyə agentlikdən əlavə olunub.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.