Qurban Bayramov vəfat etdi - FOTO
03 Noyabr 2026, 06:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2547
12.10.2026, 09:06
VAHİD MƏKTƏBLİ GEYİMİ ƏN İDEAL SEÇİMDİR.
İslami dəyərlər hər bir türk insanı, eləcə də Azərbaycan vətəndaşı üçün əzizdi. Biz bu dəyərlər daxilində tarixi ənənələrimizə və inanclarımıza sahib çıxdıq. Bütün hallarda islam əxlaqına tapındıq. Peyğəmbər əfəndimizin təbirincə, İslamı gözəl əxlaq bildik. Bu əxlaqa düşüncəmizlə, xalq, millət , vətən , milli ənənələrə sadiqlik, vəfadalıq duyğumuzla, sevgimizlə sahib çıxdıq.
Bunu Oxu24.com-a açıqlamasında tanınmış şair və publisist Sərvaz Hüseynoğlu bildirib.
Şairin sözlərinə görə,ən çətin dövrlərdə belə türkçülük düşüncəmiz, islami dəyərlərimiz bizi ayaqda saxladı. Bütün bunlar tarixi həqiqət, millətimizin yaşam tərzidi.Bu tarixi və zəngin irsi siyasi oyunların ayağına vermək, suyu bulandırmaq cəhdləri isə həmişə olub. Necə ki, son günlərdə hicab mövzusunu gündəmə gətirməklə, dövlətimizin aydın siyasətinə dil uzadanlar meydandadı...
"Təbii, əsrlərdi ki, xalqımız qadın baş geyimlərinə, hicab örtüyünə islami dəyər atributu kimi baxıb. Nənələrimiz, fərqli bölgələrdə analarımız, gəlinlərimiz bu ənənələri ləyaqətlə davam etdiriblər. Tolerantlığın beşiyi olaran Azərbaycan dövləti bu məsələdə dünyəvi prinsip siyasəti yürüdüb. Milli dəyərlərə sadiqliyi ilə seçilib. Eyni zamanda İslam pərdəsi altında xurafatı təbliğ edənlərə qarşı inamlı dirəniş göstərib. Bu gün də belədi. Xüsusilə, məktəblı qızlarımızın, fidan balaların hicab, baş örtüyü ilə dərslərə davam etməsini məqsədli şəkildə təblğ edənlərə qarşı birmənalı şəkildə dövlət və xalq təpkisi bir aradadı. Dövlət də, xalq da bu məsələdə haqlı olaraq yekdildi. Söhbət məktəb həyatından gedirsə, valideynlər və cəmiyyət bu məsələni və siyasəti anlaşıqla qəbul etməlidi. Bu sahədə dövlətin apardığı haqlı siyasəti dünyəvilik sərvəti, prinsipi kimi qəbul etməliyik. Bilmək lazımdı ki, məktəbli qız balalarımızın baş örtüyü ilə məktəb həyatına qədəm basması təhsil sahəsində özünü doğrultmur. Fərqli baxış və münasibətələ qarşılanır. Vahid məktəbli forması ən ideal seçimdi",-deyə S.Hüseynoğlu bildirib.
Jalə
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.