ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
803
09.10.2026, 12:00
Sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb.
Bəs bu iddialar nə dərəcədə doğrudur? Hazırda pensiyaçılar üçün belə bir ödəniş mexanizmi mövcuddurmu?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda vaxtilə pensiyaçılara əlavə vəsait ödənilməsi təcrübəsi mövcud olub, lakin sonradan bu mexanizm dəyişdirilib və hazırda tətbiq edilmir.
Razi Abbasbəyli: "İctimai nəqliyyatda gedişhaqqı 70 faiz bahalaşacaq"
“Azərbaycanın müstəqillik tarixində işləməyən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1992-ci il sentyabrın 7-də müvafiq fərman qəbul edilib. Həmin qərara əsasən, 1992-ci il oktyabrın 1-dən etibarən işləməyən pensiyaçılara əlavə ödənişlər verilməyə başlanılıb. Bu ödənişin məbləği həmin dövr üçün 100 rubl ekvivalentində müəyyənləşdirilib.
Sonrakı illərdə pensiyaçılara əlavə vəsaitlərin ödənilməsi mexanizmi müxtəlif formalarda davam etdirilib. Müəyyən dövrlərdə ödənişlər rüblük əsasda həyata keçirilib, daha sonra isə onların verilmə tezliyi azaldılıb. Nəticədə, əvvəlki dövrlərdə pensiyaçılara müntəzəm şəkildə əlavə vəsaitlərin ödənilməsi praktikası tədricən aradan qaldırılıb”.
İqtisadçı qeyd edib ki, 2017-ci ildən pensiyaların təyin edilməsi və hesablanması sahəsində yeni mexanizmlərin tətbiqinə başlanılıb.
“Pensiyaların indeksləşdirilməsi yolu ilə artımların həyata keçirilməsi də bu prosesin mühüm istiqamətlərindən biri olub. İndeksləşdirmə nəticəsində pensiyaların məbləği müvafiq qaydada artırılır və ödənişlər vahid aylıq cədvəl üzrə həyata keçirilir”.
Razi Abbasbəyli vurğulayıb ki, hazırda Azərbaycanda pensiyaçılara hər üç aydan bir əlavə 30 manat ödənilməsini nəzərdə tutan mexanizm mövcud deyil. Bu səbəbdən sosial şəbəkələrdə yayılan iddialar hazırkı vəziyyəti əks etdirmir.
Onun sözlərinə görə, sözügedən məsələ yalnız yaşa görə pensiya alan şəxslərlə məhdudlaşmır. Hazırda işləyən və işləməyən pensiyaçılara, eləcə də əlilliyə və ailə başçısını itirməyə görə sosial təminat alan şəxslərə hər üç aydan bir ümumi qaydada əlavə vəsait ödənilməsi praktikası tətbiq edilmir.
Beləliklə, pensiyaçılara hər üç aydan bir 30 manat əlavə pul verilməsi ilə bağlı yayılan məlumatlar hazırda qüvvədə olan ödəniş mexanizminə uyğun gəlmir. Pensiyaların artırılması isə mövcud qanunvericiliyə uyğun olaraq indeksləşdirmə və digər nəzərdə tutulan mexanizmlər əsasında həyata keçirilir.
00:15 / 03 Noyabr 2026
1
00:06 / 03 Noyabr 2026
36
23:44 / 02 Noyabr 2026
54
23:39 / 02 Noyabr 2026
63
23:38 / 02 Noyabr 2026
36
23:37 / 02 Noyabr 2026
80
23:32 / 02 Noyabr 2026
74
23:28 / 02 Noyabr 2026
74
23:24 / 02 Noyabr 2026
72
23:19 / 02 Noyabr 2026
107
23:12 / 02 Noyabr 2026
81
23:05 / 02 Noyabr 2026
98
23:05 / 02 Noyabr 2026
95
22:55 / 02 Noyabr 2026
225
22:48 / 02 Noyabr 2026
190
22:44 / 02 Noyabr 2026
84
22:27 / 02 Noyabr 2026
105
22:25 / 02 Noyabr 2026
100
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
101
22:09 / 02 Noyabr 2026
84
22:08 / 02 Noyabr 2026
93
22:06 / 02 Noyabr 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.