Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada 130 kriminal avtoriteti "sındıran" general öldü - FOTO

2019-08/1567021146_qanuni.jpg

CƏMİYYƏT

1506

28.08.2019, 23:38

\"\" Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin general-mayoru Vasiliy Snıserev Ulyanovskda ölüb.
Oxu24. com RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin Ulyanov vilayəti üzrə bölməsinin saytında bildirilir. 90 yaşındakı generalın ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Vasiliy Snıserev ilk növbədə xüsusi rejimli koloniya olan \"Ağ qu quşu\"nu yaradanlardan biri kimi məşhurdur. “Qanuni oğru”ların “sındırılması” koloniyanın əsas məqsədi idi. Onun xidmət keçdiyi müddətdə koloniyada beş mindən çox məhbus, o cümlədən 130 “qanuni oğru” cəza çəkib.