Azərbaycanda 4 gün iş olacaq
12 May 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
574
19.01.2026, 08:45
Əgər gününüzün böyük hissəsini kompüter qarşısında keçirirsinizsə, fərqinə varmadan bədəninizə zərər verə bilərsiniz. Çünki masa arxasında edilən ən kiçik duruş səhvi yalnız boyun və bel ağrısına səbəb olmur, zamanla tənəffüs nizamından enerji səviyyəsinə qədər bir çox sistemi təsir edə bilir. Mütəxəssislər bildirirlər ki, saatlarla önə əyilərək işləmək bədənin təbii balansını pozur və bəzi həyati sistemlərin effektivliyini azaldır.
Oxu24.com -un Qaynarinfo-ya istinadən məlumatına görə, türk fizioterapivt Özlem Erodabaşı vurğulayır ki, masa arxasında çalışanların yaşadığı problemlər yalnız əzələ-skelet sistemi ilə məhdudlaşmır:
"Uzun müddət ekran qarşısında yanlış duruşla işləmək, omurğa quruluşuna təsir etdiyi kimi, tənəffüs, qan dövranı və enerji metabolizmi kimi sistemlərdə də mənfi təsir yarada bilər".
Erodabaşı xatırladır ki, insan bədəni 600-dən çox əzələ və 200-dən çox oynağa malik olduqca kompleks bir quruluşa sahibdir.
Əzələ-skelet sistemi yalnız hərəkəti təmin etmir, həm də daxili orqanları və beyni qoruyan bir "qalxan” funksiyasını yerinə yetirir.
Doğru oturuş sadəcə "düz görünmək” məsələsi deyil, əslində bədənin ümumi fəaliyyətinə birbaşa təsir edir. Mütəxəssislərə görə, omurğanın dik qalması, başın omurğa xəttini pozmaması və əzələlərin balansda olması bir çox sistemin daha səmərəli işləməsini təmin edir.
Tədqiqatlar göstərir ki, tənəffüs, qan dövranı, həzm və sinir sistemi üçün omurğanın dik, başın hizalı və əzələ balansının qorunması vacibdir. Bu duruş diafraqmanın effektiv işləməsini də dəstəkləyir. Yəni pis oturuş yalnız ağrı deyil, nəfəsi daraldan bir təsir də yarada bilər.
Gündə 8–10 saat boyunca öndə əyilərək işləmək bədəni buna "alışdırır”. Genetik quruluş və əzələ gücü bu prosesi bir müddət gecikdirsə də, stres daxil olduqda vəziyyət daha sürətlə ağırlaşır. Mütəxəssislər xatırladır ki, emosional gərginlik əzələlərdə sıxılmanı artırır və duruş pozğunluğunu gücləndirir.
Erqonomika işin ən kritik məqamlarından biridir. Masa və ekran düzgün yerləşdirilməyibsə, bədən hər gün eyni səhvi təkrar edir.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.