Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2504
02.10.2026, 21:55
Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında gələn il minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağı ilə bağlı açıqlamasına münasibətində bildirib.
"Gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu 1,1 milyon vətəndaşımızı əhatə edəcək. İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən diferensial həyata keçiriləcəyi gözlənilir. Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, artımlar növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağı deməkdir:
"Azərbaycanda minimum əmək haqqı artımları artıq mütəmadi xarakter alacaq. Dövlət başçısının 2026-cı ilin fevralında təsdiqlədiyi dəyişikliyə əsasən, 2027-ci ilin fevralına qədər minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur".
"2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsait ümumi xərclərin 44 %-ni təşkil edəcək. Bu o deməkdir ki, 18,5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Bu, yeni sosial paketin anonsudur", - deyə V.Bayramov vurğulayıb.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.