Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
04 Oktyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
170
01.10.2026, 14:24
Rusiya Federasiyasında rəsmi səfərdə olan Baş prokuror Kamran Əliyevlə Rusiya Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev qeyd etmişdir ki, Azərbaycan və Rusiya arasında tarixən formalaşmış dərin mədəni, siyasi və hüquqi əlaqələr mövcuddur. İki ölkənin siyasi liderləri İlham Əliyev və Vladimir Putin arasında səmimi dostluq münasibətlərinin nəticəsidir ki, ölkələrimizin tərəfdaşlığı strateji müttəfiqlik səviyyəsinədək inkişaf edərək sıxlaşmışdır. Bu isə öz növbəsində hər iki dövlətin hüquq mühafizə orqanları arasında məhsuldar işgüzar münasibətlər üçün əlverişli zəmin formalaşdırır.
İki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirən Kamran Əliyev qeyd etmişdir ki, bu əlaqələr iki istiqaməti əhatə edir. Belə ki, hər iki ölkənin hüquqtətbiqetmə təcrübəsinin və qanunvericiliyinin yeni institutlarının öyrənilməsi ilə yanaşı, konkret cinayət işləri çərçivəsində hüquqi yardım göstərilməsi və cinayət törətmiş şəxslərin verilməsi istiqamətində də əməkdaşlıq əlaqələrində yüksələn xətt üzrə inkişaf edir.
Öz növbəsində Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan vurğulamışdır ki, hər iki ölkənin prokurorluq orqanları arasında ənənəvi olaraq, yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcud olmuşdur.
Rəsmi səfərdə iştirak dəvətini qəbul etdiyinə görə Kamran Əliyevə təşəkkürünü bildirən rusiyalı həmkarı, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşmüşdür. Daha sonra konkret cinayət işləri ilə bağlı müzakirələr aparılmışdır.
Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.
Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
17:50 / 04 Oktyabr 2026
14
17:45 / 04 Oktyabr 2026
17
17:35 / 04 Oktyabr 2026
47
17:30 / 04 Oktyabr 2026
202
17:23 / 04 Oktyabr 2026
108
17:20 / 04 Oktyabr 2026
43
16:58 / 04 Oktyabr 2026
1106
16:56 / 04 Oktyabr 2026
101
16:55 / 04 Oktyabr 2026
85
16:53 / 04 Oktyabr 2026
102
16:51 / 04 Oktyabr 2026
65
16:49 / 04 Oktyabr 2026
61
14:30 / 04 Oktyabr 2026
89
14:04 / 04 Oktyabr 2026
124
14:00 / 04 Oktyabr 2026
92
13:55 / 04 Oktyabr 2026
69
13:44 / 04 Oktyabr 2026
267
13:40 / 04 Oktyabr 2026
75
13:30 / 04 Oktyabr 2026
67
13:15 / 04 Oktyabr 2026
87
12:55 / 04 Oktyabr 2026
90
12:48 / 04 Oktyabr 2026
274
12:31 / 04 Oktyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.