Mircəfər Bağırov bu kəndi necə yer üzündən silmişdi?
04 Oktyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
80
04.10.2026, 14:00
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəyə yönələn investisiyaların həcmi ilə yanaşı, onların istiqamətini də gündəmə gətirib. Forum çərçivəsində enerji ilə yanaşı, sənaye, rəqəmsal iqtisadiyyat, süni intellekt, kənd təsərrüfatı, əczaçılıq və digər sahələri əhatə edən layihələr üzrə sazişlər imzalanıb. Ümumi dəyəri 10.8 milyard dollar olan layihələri əhatə edən 23 sənədin imzalanması investisiya portfelinin genişləndiyini göstərir.
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? - Foto
Bəs bu vəsaitlər iqtisadiyyata nə verəcək? Yeni layihələr hansı sahələrdə istehsal və ixrac imkanlarını artıra bilər?
oxu24.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
İnvestisiyanın yeni ünvanları
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? - Foto
Milli Məclisin deputatı Tahir Mirkişilinin sözlərinə görə, forum Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma olub:
"Prezident İlham Əliyevin forumdakı çıxışı ölkənin iqtisadi inkişaf yolunu, mövcud imkanlarını və gələcək üçün müəyyənləşdirilən strateji istiqamətləri təqdim edib. Ölkədə yaradılmış siyasi və iqtisadi sabitlik, inkişaf etmiş infrastruktur, maliyyə sistemi və proqnozlaşdırılan biznes mühiti Azərbaycanın beynəlxalq investorlar üçün cəlbediciliyini artıran əsas amillərdir. Son 20 ildə ölkəyə 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi və bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi formalaşmış etimadın göstəricisidir".
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? - Foto
"Qeyri-neft sektoruna maraq artır"
Deputat qeyd edir ki, Azərbaycan iqtisadiyyatının inkişafında neft-qaz sektorunun rolu qorunmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı və yeni investisiya istiqamətlərinin müəyyənləşdirilməsi qarşıdakı mərhələnin əsas prioritetlərindəndir:
"Bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi bu istiqamətlər sırasında yer alır. Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi potensialının mövcudluğu ölkənin yaşıl enerji sahəsində imkanlarının miqyasını göstərir. Yeni enerji güclərinin yaradılması ilə yanaşı, ötürücü xətlərin, enerji saxlanc sistemlərinin və regional interkonnektorların inkişafı da investisiya imkanlarını genişləndirə bilər".
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? - Foto
"Logistika və texnologiya ön plana çıxır"
T.Mirkişilinin fikrincə, logistika və nəqliyyat da mühüm istiqamətlərdəndir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəyə regional üstünlük verir:
"Bu potensialın iqtisadi nəticəyə çevrilməsi üçün müasir infrastruktur, rəqəmsal həllər, liman və dəmir yolu imkanlarının inkişafı vacibdir. Mədənçilikdə əsas məqsəd yalnız hasilatı artırmaq deyil, xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Emal sənayesinin inkişafı və texnoloji kompetensiyaların formalaşdırılması bu sahədə yeni investisiya imkanları yarada bilər. Rəqəmsal iqtisadiyyat və süni intellekt üzrə layihələr də yeni istiqamətlərdir".
10,8 milyard dollarlıq layihələr
Millət vəkili Aydın Hüseynov diqqəti forum çərçivəsində imzalanan razılaşmalara yönəldir. Onun sözlərinə görə, beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10.8 milyard dollar olan layihələri əhatə edən 23 sənəd imzalanıb:
"Bu sənədlərin enerji ilə yanaşı, süni intellekt, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, tikinti və su təsərrüfatı sahələrini əhatə etməsi investisiya portfelinin genişləndiyini göstərir. Forumun digər strateji əhəmiyyəti Azərbaycanın coğrafi üstünlüyünü investisiya üstünlüyünə çevirmək imkanları ilə bağlıdır. Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqələri, Ələt Azad İqtisadi Zonası, sənaye parkları və enerji infrastrukturu Azərbaycanı regional istehsal və logistika platforması kimi təqdim etməyə imkan verir".
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq? - Foto
"Sərmayə enerjidən kənara çıxır"
A. Hüseynov hesab edir ki, bu layihələrin əsas xüsusiyyəti sektorlararası diversifikasiyadır:
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı və SOCAR-ın beynəlxalq şirkətlərlə əməkdaşlıq sənədləri enerji təhlükəsizliyi və ixrac potensialı baxımından əhəmiyyətlidir. Eyni zamanda, "Oracle" ilə əməkdaşlıq və sənaye layihələri investisiya portfelinin ənənəvi enerji sektorundan kənara çıxdığını göstərir. Xarici investisiyanın iqtisadi təsiri yalnız kapital qoyuluşu ilə məhdudlaşmır. Yeni müəssisələrin yaradılması yerli podratçı, logistika, mühəndislik, servis və təchizat şirkətləri üçün əlavə sifarişlər formalaşdırır. İxracyönümlü istehsalın genişlənməsi isə valyuta gəlirlərinin və qeyri-neft ixracının artmasına imkan yarada bilər".
"Əsas məsələ investisiyanın nəticəsidir"
Millət vəkili Rövşən Muradov investisiyaların nominal dəyərindən daha çox, onların iqtisadiyyatda hansı nəticələr yaratmasına diqqət çəkir. Onun sözlərinə görə, investisiyaların iqtisadi səmərəsi onların hansı sahələrə yönəldilməsi və hansı nəticələri yaratması ilə müəyyən olunur:
"Müasir iqtisadi inkişaf modelində xarici investisiyanın səmərəliliyi onun yaratdığı əlavə dəyər, texnologiya transferi, məhsuldarlıq artımı və yerli istehsal zəncirlərinə inteqrasiya ilə müəyyən olunur. Yüksək texnologiyalar, rəqəmsal həllər, aqrar emal və əczaçılıq üzrə yaradılacaq yeni istehsal gücləri iqtisadi artımın mənbələrini genişləndirə və müəyyən məhsullar üzrə idxaldan asılılığı azalda bilər".
Millət vəkilinin sözlərinə görə, əsas meyarlar razılaşmaların faktiki kapital qoyuluşuna, yeni müəssisələrə, istehsal güclərinə, texnologiya transferinə, ixrac müqavilələrinə və davamlı məşğulluğa çevrilməsidir.
14:30 / 04 Oktyabr 2026
24
14:04 / 04 Oktyabr 2026
75
13:55 / 04 Oktyabr 2026
57
13:44 / 04 Oktyabr 2026
124
13:40 / 04 Oktyabr 2026
62
13:30 / 04 Oktyabr 2026
59
13:15 / 04 Oktyabr 2026
71
12:55 / 04 Oktyabr 2026
76
12:48 / 04 Oktyabr 2026
199
12:31 / 04 Oktyabr 2026
81
12:13 / 04 Oktyabr 2026
1336
12:10 / 04 Oktyabr 2026
1603
11:22 / 04 Oktyabr 2026
75
11:14 / 04 Oktyabr 2026
187
11:08 / 04 Oktyabr 2026
1318
10:49 / 04 Oktyabr 2026
149
10:22 / 04 Oktyabr 2026
725
10:20 / 04 Oktyabr 2026
74
09:49 / 04 Oktyabr 2026
81
03:58 / 04 Oktyabr 2026
130
00:16 / 04 Oktyabr 2026
164
23:56 / 03 Oktyabr 2026
100
23:26 / 03 Oktyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.