Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
323
03.10.2026, 23:56
Vaşinqton və Pekin süni intellekt texnologiyalarının hansı sahələrdə istifadə edilməməsi ilə bağlı razılığa gələ bilər.
Oxu24.com-un məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent müsahibəsində bildirib.
“Düşünürəm ki, modellərin konkret olaraq nələri etməməli olduğu barədə razılığa gələ bilərik”, – Bessent süni intellekt modellərini nəzərdə tutaraq deyib.
Nazir, həmçinin ABŞ və Çin arasında süni intellektlə bağlı məsələlər üzrə müəyyən məlumatlandırma mexanizminin yaradılmasının tərəfdarı olduğunu bildirib. O, Pekinin də bununla razılaşacağına əminliyini ifadə edib.
İki ölkənin hazırladığı süni intellekt modellərinin imkanları barədə qarşılıqlı məlumat mübadiləsinin məqsədəuyğun olub-olmadığına dair suala isə Bessent “yəqin ki, yox” cavabını verib.
ABŞ Prezidenti Donald Tramp sentyabrın sonunda Vaşinqton administrasiyasının məxfi məlumatların açıqlanmasını istəmədiyi üçün süni intellektin hazırlanması sahəsində Çinlə sıx əməkdaşlığa can atmadığını bildirib. Tramp bu məsələni Çin Sədri Si Cinpinlə onun 23–25 sentyabr tarixlərində ABŞ-a səfəri zamanı müzakirə etdiyini deyib.
Ağ Ev Çin liderinin səfərinin yekunlarına dair açıqlamasında ABŞ və Çinin süni intellektlə bağlı müxtəlif insidentləri müzakirə etmək üçün kommunikasiya kanalının yaradılması barədə razılığa gəldiyini bildirib
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.