DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
431
04.10.2026, 00:16
Bakıda kişi arvadını ayağından bıçaqlayıb.
Oxu24.com xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb.
32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib.
Fakt əsasında Tahir polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs mübahisəyə səbəb olaraq diş həkimini göstərib. Belə ki, arvadı Gülxanım (şərti adla) hər ikisinin dişlərinin düzəlməsi üçün 800 manata həkim tapdığını deyib. Tahir isə buna etiraz edib və 600 manata həkim olduğunu bildirib. Lakin Gülxanım ərinə onun işinə qarışmamasını deyib. Qadının bu cür danışığı Tahirin xoşuna gəlməyib və o, Gülxanımın üzünə zərbə vurub. Bundan sonra arvadı onu söyüb və o, mətbəxə keçərək bıçaq gətirib. Mübahisə zamanı Tahir həmin bıçağı arvadının sağ ayağına vurub. Onun sözlərinə görə, Gülxanıma ilk tibbi yardımı özü göstərib.
Zərərçəkən qadın isə 9 ildir qeyri-rəsmi evli olduqlarını və bu evlilikdən iki uşaqlarının olmasını bildirib. Onun sözlərinə görə, Tahir daim ona işgəncə və psixi iztirab verib. Qadın evə yeganə qazanc gətirən şəxsin özü olduğunu, Tahirin isə həmin pulları qumara sərf etdiyini deyib. O, həmçinin Tahirin Yeni il gecəsi evdən pul oğurladığını və buna görə polis vasitəsilə onun mənzildən uzaqlaşdırıldığını da bildirib. Lakin sonra yenidən ondan pul tələb edib, verməyəndə isə bıçaqla hədələyib.
Gülxanım Tahirlə barışdığını və ona dəyən ziyanın ödənildiyini bildirərək, cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Tahir Quliyev məsuliyyətdən azad olunub. (lent.az)
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.