Azərbaycanda avtomobil almaq ÇƏTİNLƏŞƏCƏK?
27 Sentyabr 2026, 18:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
306
25.09.2026, 11:40
Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə əməkhaqı və pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti açıqlanıb.
Oxu24.com-un xəbərinə görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə hərbçilərimizin sosial rifahının təminatında növbəti artımların edilməsinə hədəflənən yeni islahat tədbirinə başlanır.
Məqsəd Müdafiə Nazirliyi hərbi qulluqçularının əməyinin ödənişi sisteminin beynəlxalq standartlara və qabaqcıl ordu quruculuğu olan ölkələrin təcrübəsinə uyğunlaşdırılması, əməkhaqlarında artımların edilməsidir: “Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq. Hesablamalar göstəriri ki, əmək haqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir”.
Arzu Nağıyev qeyd edib ki, hərbi qulluqçular hazırda sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxır: “Dövlət qulluqçularında olduğu kimi hərbi qulluqçuların pensiya məbləğlərinin təminat xərcliyinə bağlılığı pul təminatı artımları zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşmasına və hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırır. Çoxsaylı əlavələr və birdəfəlik ödənişlər ləğv ediləcək, Müdafiə Nazirliyinin hərbçilərinin əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq, xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınacaq. Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq. Hərbçilərin əməkhaqları ilə bağlı yeni islahat təklifi, həmçinin, pensiya təminatı üzrə tədbirləri də əhatə edir və onların sığorta kapitallarının daha çox artımına, gələcək pensiyalarının daha yüksək olmasına istiqamətlənib”. Komitə sədri qeyd edib ki, hərbçilərə şamil olunan pensiya mexanizmi daha da təkmilləşdirilir: “İslahat nəticəsində hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək. Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq. İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq. Təklif olunan yanaşma ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında bu qeyri-bərabərlik ortadan qalxacaq. Xatırladaq ki, ölkəmizdə son illərdə aparılan əməkhaqqı və pensiya islahatları hərbi qulluqçuları da əhatə edib və bu dövrdə onların əməkhaqları və pensiyaları orta hesabla 2 dəfə artıb. Yeni qayda islahatdan əvvəl təyin edilmiş pensiyalara təsir etməyəcək”.
18:44 / 27 Sentyabr 2026
10
18:25 / 27 Sentyabr 2026
34
17:14 / 27 Sentyabr 2026
55
17:08 / 27 Sentyabr 2026
55
16:51 / 27 Sentyabr 2026
60
16:45 / 27 Sentyabr 2026
59
16:39 / 27 Sentyabr 2026
114
16:36 / 27 Sentyabr 2026
72
16:27 / 27 Sentyabr 2026
65
16:14 / 27 Sentyabr 2026
65
15:59 / 27 Sentyabr 2026
65
15:48 / 27 Sentyabr 2026
74
15:42 / 27 Sentyabr 2026
666
15:30 / 27 Sentyabr 2026
63
15:15 / 27 Sentyabr 2026
68
15:05 / 27 Sentyabr 2026
66
14:53 / 27 Sentyabr 2026
70
14:50 / 27 Sentyabr 2026
80
14:36 / 27 Sentyabr 2026
496
14:35 / 27 Sentyabr 2026
186
14:31 / 27 Sentyabr 2026
67
14:30 / 27 Sentyabr 2026
65
14:05 / 27 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.