İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
243
24.09.2026, 11:45
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.
Layihəyə görə, dəvət edən tərəfin vəsatəti və dəvətin səbəbini təsdiq edən sənəd rəqəmsal səyyahlara verilən işgüzar səfər vizası üçün tələb olunmayacaq.
İşgüzar səfər vizasının alınması ilə əlaqədar müraciət edən rəqəmsal səyyah həmin fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.
Əcnəbi və vətəndaşlığı olmayan rəqəmsal səyyaha Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə verilə bilinəcək. Rəqəmsal səyyaha münasibətdə bu hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunacaq ki, rəqəmsal səyyah vergi orqanında qeydiyyata (uçota) alınmaqla texnologiyalar parkının rezidenti olaraq göstərilən fəaliyyətləri həyata keçirəcək.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə alınması
üçün rəqəmsal səyyah həmin fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.
Rəqəmsal səyyahlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 (üç) ildən artıq olmayan müddətə veriləcəkvə müvafiq əsas olduqda, hər dəfə 3 (üç) ildən çox olmayan müddətə uzadıla biləcək.
Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün rəqəmsal fəaliyyətləri həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 26 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.
Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal rəqəmsal səyyahlara şamil edilməyəcək.
“Sosial sığorta haqqında” haqqında qanuna təklif edilən dəyişikliyə görə rəqəmsal səyyahlar məcburi dövlət sosial sığortası ilə əhatə olunacaq.
Qəbul ediləcəyi təqdirdə bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.