Ölmək istəyirsən? Get Nərimanov Tibb Mərkəzinə!
03 Noyabr 2026, 23:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
287
21.09.2026, 16:27
Ölkənin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin daha da artdığı bir dövrdə, Azərbaycan Hava Yolları (AZAL) son aylarda regiondakı marşrut şəbəkəsinə Şımkent, Atırau və Aktöbə istiqamətlərini əlavə edərək Mərkəzi Asiyada uçuş coğrafiyasını 10 istiqamətə çatdırıb. Dörd ölkəni əhatə edən bu şəbəkə üzrə həftədə ümumilikdə 47 reys yerinə yetirilir. 2026-cı ildə bu istiqamətlər üzrə 400 000-ə yaxın sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35% artım deməkdir.
AZAL-dan Oxu24.com-a verilən məlumata görə, Qazaxıstan hazırda Azərbaycan Hava Yollarının regionda ən geniş uçuş coğrafiyasına malik olduğu ölkədir: Almatı, Astana və Aktau gündəlik, Atırau həftədə dörd, Şımkent və Aktöbə isə həftədə üç dəfə uçuşlarla əhatə olunur - ölkə üzrə həftəlik ümumi rəqəm 31 reysə çatır. Altı şəhərə birbaşa hava əlaqəsi işgüzar səfərlər, ailə ziyarətləri və turizm məqsədli səyahətlər üçün çevik seçim yaradır. Özbəkistanda isə Daşkəndə gündəlik, Səmərqəndə həftədə iki dəfə həyata keçirilən reyslərlə həftəlik 9 uçuş təmin olunur, Qırğızıstanın paytaxtı Bişkek və Tacikistanın paytaxtı Düşənbə isə hər biri həftədə 4 reyslə şəbəkəni tamamlayır.
Mərkəzi Asiya marşrutları təkcə Bakıya səyahət edənlər üçün deyil, Bakı üzərindən digər beynəlxalq istiqamətlərə keçid edən sərnişinlər üçün də əhəmiyyətlidir. 2026-cı ildə bu marşrutlarda Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı 58 734 nəfər olub, bu da Bakı hava qovşağının Mərkəzi Asiya ilə Avropa/digər istiqamətlər arasında körpü rolunu gücləndirir.
Sərnişinlər azal.az saytı və ya mobil tətbiq vasitəsilə bilet alışı, baqaj və oturacaq seçimi kimi xidmətlərdən yararlana, AZAL Miles proqramı ilə mil toplaya bilirlər. Özbəkistanlı sərnişinlər üçün “Uzum Bank” əməkdaşlığı çərçivəsində “HUMO” və “Uzcard” kartları ilə ödəniş imkanı da mövcuddur.
23:04 / 03 Noyabr 2026
5
22:52 / 03 Noyabr 2026
45
22:48 / 03 Noyabr 2026
37
22:45 / 03 Noyabr 2026
45
22:33 / 03 Noyabr 2026
62
22:30 / 03 Noyabr 2026
68
22:29 / 03 Noyabr 2026
124
22:25 / 03 Noyabr 2026
59
22:21 / 03 Noyabr 2026
78
22:20 / 03 Noyabr 2026
158
22:18 / 03 Noyabr 2026
185
22:13 / 03 Noyabr 2026
63
22:06 / 03 Noyabr 2026
70
22:01 / 03 Noyabr 2026
73
21:56 / 03 Noyabr 2026
77
21:47 / 03 Noyabr 2026
73
21:34 / 03 Noyabr 2026
262
21:27 / 03 Noyabr 2026
93
21:24 / 03 Noyabr 2026
222
21:18 / 03 Noyabr 2026
81
21:10 / 03 Noyabr 2026
941
21:08 / 03 Noyabr 2026
125
21:04 / 03 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.