AZAL-ın pulu ARTIRILIR
04 Noyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2034
20.09.2026, 18:59
Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətləri arasında ən aşağı dinamikalardan biri hesab olunur.
Oxu24.com xəbər verir ki,inflyasiya gözləntiləri və ümumi büdcə böyüməsi fonunda sosial müdafiə xərclərindəki bu cüzi artım ilk baxışdan "sosial ödənişlərdə artımlar dondurulacaqmı?" sualını doğursa da, məsələnin mahiyyəti büdcənin daxili strukturu və maliyyələşmə mexanizmi ilə bağlıdır.
Pensiya artımları mərkəzi büdcədən asılı deyil
İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanda pensiya öhdəliklərinin böyük hissəsi nərkəzi büdcədən yox, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müstəqil büdcəsi hesabına ödənilir.
Qanunvericiliyə əsasən, hər ilin əvvəlində pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq avtomatik indeksasiya edilir və artırılır. Bu artımın maliyyə mənbəyi isə ölkədə leqallaşan əmək müqavilələri və toplanan məcburi dövlət sosial sığorta haqlarıdır. Yəni vətəndaşların aldığı pensiya artımı mərkəzi büdcənin sosial xərc maddəsindəki 0,9%-lik göstəricidən asılı deyil.
DSMF-nin mərkəzi büdcədən asılılığı azalır
Sosial sığorta yığımlarının artması DSMF-nin özünümaliyyələşdirmə qabiliyyətini yüksəldir. Nəticədə, mərkəzi büdcədən Fondun kəsirini qapamaq üçün ayrılan transfertlərə (dotasiyalara) əlavə ehtiyac qalmır. Büdcədə sosial müdafiə xərclərinin artım tempinin aşağı görünməsinin başlıca səbəbi də budur: dövlət sadəcə olaraq mərkəzi büdcədən DSMF-yə əlavə maliyyə dəstəyi ayırmağa lüzum görmür, çünki Fondun öz gəlirləri pensiya indeksasiyalarını qarşılamaq üçün kifayət edir.
Passiv yardımlardan aktiv məşğulluğa keçid
Büdcənin bu bölməsindəki digər istiqamət - ünvanlı dövlət sosial yardımı və müavinətlərdir. Son illər sosial yardım sistemində rəqəmsallaşma, ünvanlılığın dəqiqləşdirilməsi və passiv sosial yardımlardan aktiv məşğulluq (özünəməşğulluq) proqramlarına keçid mərkəzi büdcədən birbaşa ayrılan vəsaitlərin optimallaşdırılmasına şərait yaradıb.
Bundan başqa, sosial xarakterli bəzi iri xərc istiqamətlərinin (məsələn, İcbari Tibbi Sığorta öhdəliklərinin) sosial müdafiə bölməsində deyil, "Səhiyyə" bölməsində əks olunması da ümumi mənzərəyə təsir edən amillərdəndir.
Beləliklə, mərkəzi büdcədə sosial müdafiə xərcləri üzrə qeydə alınan 0,9%-lik artım sosial sahədəki durğunluq kimi deyil, pensiya və sosial sığorta sisteminin mərkəzi büdcədən asılılığının azalması kimi qiymətləndirilməlidir. Vətəndaşların pensiyalarının indeksasiyası və nəzərdə tutulan sosial ödənişlər qanunvericiliyə uyğun olaraq DSMF-nin öz gəlirləri hesabına həyata keçirilməyə devam edəcək.
Azpolitika.info
11:10 / 04 Noyabr 2026
1
11:06 / 04 Noyabr 2026
22
11:05 / 04 Noyabr 2026
27
11:03 / 04 Noyabr 2026
31
11:02 / 04 Noyabr 2026
32
10:50 / 04 Noyabr 2026
45
10:46 / 04 Noyabr 2026
201
10:39 / 04 Noyabr 2026
62
10:28 / 04 Noyabr 2026
75
10:26 / 04 Noyabr 2026
67
10:24 / 04 Noyabr 2026
125
10:16 / 04 Noyabr 2026
76
10:10 / 04 Noyabr 2026
126
10:03 / 04 Noyabr 2026
184
10:00 / 04 Noyabr 2026
88
09:54 / 04 Noyabr 2026
101
09:52 / 04 Noyabr 2026
75
09:43 / 04 Noyabr 2026
80
09:31 / 04 Noyabr 2026
93
09:30 / 04 Noyabr 2026
90
09:25 / 04 Noyabr 2026
82
09:22 / 04 Noyabr 2026
125
09:12 / 04 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.