Kartofla bağlı mühüm AÇIQLAMA
14 Noyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10408
20.09.2026, 13:37
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqəti olaraq Bakıya köçürüb. Sonrakı dövrlərdə də Şamaxı mühüm inzibati və mədəni mərkəz kimi öz əhəmiyyətini qoruyub.
Şamaxı yenidən paytaxt ola bilər? Yaxud, bir neçə böyük qurumları bu şəhərə köçürmək mümkündür?
.
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, bu məsələ ilə bağlı müxtəlif ixtisaslaşmış dövlət orqanları konkret şəkildə rəy bildirməsələr də, ayrı-ayrı qurumların və təhsil müəssisələrinin regionlara köçürülməsi kimi məsələlər daim müzakirə olunur:
"Bu baxımdan bir neçə şəhərin adı vaxtaşırı gündəmə gətirilir. Onların arasında Şamaxının da müəyyən üstünlükləri var. Məsələn, Şamaxının Bakıya yaxınlığı, paytaxt funksiyalarının həyata keçirilməsi üçün müəyyən imkanlarının olması, həmçinin relyefi və digər amillər nəzərə alına bilər. Bununla yanaşı, Yevlax, Xankəndi və Gəncə kimi şəhərlərin adları da bu istiqamətdə aparılan müzakirələr zamanı qeyd olunur. Hər bir şəhərin özünəməxsus və güclü tərəfləri var. Bu məsələyə siyasi aspektdən yanaşdıqda nəzərə almaq lazımdır ki, paytaxt istənilən dövlətin siyasi mərkəzi və əsas idarəetmə məkanıdır. Tarixi baxımdan bəli, Şamaxı Şirvanşahların paytaxtı olub, amma Azərbaycan ərazisində fəaliyyət göstərən müxtəlif dövlətlərin paytaxtları sırasında Bərdə və Qəbələ də olub. Bu baxımdan, tarixi və paytaxt prinsipi ilə yanaşdıqda, Azərbaycan ərazisindəki müxtəlif şəhərlərin bu məsələ üzrə müzakirəyə çıxarılması üçün müəyyən əsaslar var".
Deputat bildirib ki, məsələnin siyasi aspektləri ilə yanaşı, iqtisadi, infrastruktur və digər tərəfləri də mövcuddur:
"Paytaxtın köçürülməsi, yeni paytaxtın salınması olduqca ağır və mürəkkəb prosesdir. Məsələn, Qazaxıstanın paytaxtı Astananın yaradılması zamanı ilkin mərhələdə bu məqsədlə təqribən 8 milyard ABŞ dolları həcmində vəsaitin xərclənəcəyi nəzərdə tutulurdusa, paytaxt tam istifadəyə verilən zaman bu məbləğ 16 milyard dolları keçdi. Sonrakı illərdə də şəhərin inkişafına daha çox vəsait yatırıldığını görürük. Müasir dövrün tələblərinə uyğun yeni paytaxtın qurulması üçün vaxt, maddi resurslar, iqtisadi imkanlar və digər sahələrin bu prosesə uyğunlaşdırılması tələb olunur. Bu isə kifayət qədər ağır və mürəkkəb prosesdir. Ona görə də məsələyə dair hər hansı yekun fikir söyləməzdən əvvəl çoxsaylı amillər və prosesin müxtəlif aspektləri nəzərdən keçirilməlidir. Bu, kifayət qədər dərin araşdırma tələb edən məsələdir".
19:15 / 14 Noyabr 2026
10
19:12 / 14 Noyabr 2026
9
19:05 / 14 Noyabr 2026
41
18:50 / 14 Noyabr 2026
46
18:43 / 14 Noyabr 2026
67
18:21 / 14 Noyabr 2026
483
18:09 / 14 Noyabr 2026
98
18:06 / 14 Noyabr 2026
414
18:03 / 14 Noyabr 2026
88
17:18 / 14 Noyabr 2026
162
17:15 / 14 Noyabr 2026
108
16:20 / 14 Noyabr 2026
120
16:05 / 14 Noyabr 2026
164
15:45 / 14 Noyabr 2026
124
15:27 / 14 Noyabr 2026
300
15:25 / 14 Noyabr 2026
137
15:07 / 14 Noyabr 2026
273
15:05 / 14 Noyabr 2026
140
14:44 / 14 Noyabr 2026
253
14:31 / 14 Noyabr 2026
129
14:24 / 14 Noyabr 2026
765
14:19 / 14 Noyabr 2026
130
14:15 / 14 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.