Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
301
15.09.2026, 22:24
“Azərbaycanda daşınmaz əmlak qiymətlərinin baha olmasından daha çox, Bakıda daşınmaz əmlak qiymətlərinin baha olması müzakirə olunmalıdır. Çünki regionlardan fərqli olaraq Bakı öncüllük təşkil edir. Bunun da səbəbi odur ki, bütün iqtisadi, siyasi, ictimai və sosial fürsətlər Bakıda cəmləşib”.
Oxu24.com xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Bakıda əhali sıxlığının artması mənzil qiymətlərinin də yüksəlməsinə səbəb olur:
“Nəticə etibarilə, əhalinin regionlardan Bakıya axını nəinki azalmır, hətta artan templə davam edir. Son zamanlar biz bunu açıq şəkildə görürük, çünki regionların və kəndlərin boşalması faktiki olaraq davam edir. Bu nöqteyi-nəzərdən Bakıda əhali sıxlığının artması mənzil qiymətlərinin də yüksəlməsinə səbəb olur. Bu, birinci səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, torpaq almaq, mənzil tikmək, onun icazələrini almaq və dövlət qurumları ilə razılaşdırmaq həddindən artıq baha başa gəlir. Bu da, nəticədə, lüzumsuz şəkildə mənzil qiymətlərinin şişməsinə gətirib çıxarır”.
Ekspert əlavə edib ki, mənzil qiymətlərinin artımında tikinti şirkətlərinin ciddi təsiri var:
“Üçüncü səbəb isə odur ki, mənzil tikən şirkətlərin bəzilərinin — bəlkə də bir çoxunun (bunu araşdırmaq lazımdır) əsas gəlir mənbəyi mənzil tikintisindən deyil. Ona görə də düşünürlər ki, zatən qiymət qalxır və qalxacaq. Bu səbəbdən qiyməti endirmək əvəzinə yuxarı həddə saxlayırlar ki, nə vaxt satılarsa satılar; satılmazsa da pul şəklində yox, daşınmaz əmlak şəklində qalar. Çünki obrazlı desək, onların təcili pula ehtiyacları olmur.Bütün bu səbəblər nəticə etibarilə belə bir mənzərənin yaranmasına gətirib çıxarır. Dövlətin görə biləcəyi işlər var, bəzi addımlar da atılır — sosial mənzil və sosial ipoteka layihələri mövcuddur, amma bunların həcmi həddindən artıq azdır. Yəni bu proqramlar çərçivəsində il ərzində yalnız bir neçə yüz ailə mənzilə çıxış əldə edə bilir, tələbat isə minlərlədir. Ona görə də insanların mənzil almaq imkanlarının rahatlaşması üçün bu proqramların genişləndirilməsinə böyük ehtiyac var”.
Qeyd edək ki, "Numbeo" portalının hesabatına əsasən, Azərbaycanda orta gəlirli bir ailənin 90 kvadratmetrlik mənzil alması üçün 17,6 il lazımdır. Bu hesablama minimum deyil, orta aylıq əməkhaqqı əsasında aparılıb və ailənin aylıq gəliri 1,5 orta əməkhaqqı səviyyəsində götürülüb. Şərtə görə, ailənin gündəlik yaşayış xərcləri nəzərə alınmır və 17,6 il ərzində qazanılan bütün məbləğin yalnız mənzilə xərcləndiyi fərz edilir. Bu göstərici ilə Azərbaycan keçmiş SSRİ və region ölkələri arasında mənzil almağın ən çətin olduğu ölkədir.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.