Qaynar xətt:

(+99450) 247 90 86

Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA 

Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA 

CƏMİYYƏT

63

14.09.2026, 19:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Distant təhsilin genişlənməsi ilə ənənəvi əyani təhsilin effektivliyi ilə bağlı müzakirələr də aktuallaşıb. Əyani təhsil zamanı müəllim və şagird arasında birbaşa ünsiyyət, sinif mühiti və operativ nəzarət üstünlük yaratsa da, distant təhsil də çeviklik və texnologiyalardan istifadə baxımından müəyyən imkanlar təqdim edir.

Bəs, şagirdlərin təhsil nəticələri və dərsi mənimsəmə səviyyəsi baxımından əyani təhsil daha effektivdir, yoxsa distant təhsil və distant dərslər zamanı şagirdlərin diqqətini, aktiv iştirakını və öyrənmə effektivliyini qorumaq üçün hansı üsullardan istifadə olunmalıdır?

Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, təcrübə göstərir ki, əyani tədris, yəni birbaşa ünsiyyətlə təhsil bütün hallarda üstünlük və əlavə imkanlar yaradır:

"Distant təhsildə isə şagirdin diqqətinin yayınması, ətrafdakı bəzi davranışlar və jestlər müəyyən fikir dağınıqlığı yarada bilər. Amma nəzərə almaq lazımdır ki, ümumtəhsil məktəblərinin optimallaşdırılmasından sonra bəzi ucqar ərazilərdəki məktəblərdə Elm və Təhsil Nazirliyinin daha təcrübəli və bilikli müəllimlərinin iştirakı ilə distant təhsilin tətbiqinə başlanılacaq. Bu, digər imkanların olmadığı və ucqar ərazilərdə yerləşən, başqa məktəblərə birləşdirilməsi mümkün olmayan məktəblər üçün məcburiyyətdən irəli gələn bir məsələdir. Xüsusilə kimya, biologiya və fizika kimi tədrisi az olan fənlər onlayn qaydada tədris olunacaq".