Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
425
11.09.2026, 23:30
Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə dövlət qurumlarında fərqli iş qrafiklərinin tətbiqi sınaqdan keçiriləcək.
Oxu24.com-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etdiyi təklifə əsasən, 15 sentyabr 2026-cı ildən etibarən 2 ay müddətində bütün dövlət orqanlarında, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərdə, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərdə üç müxtəlif iş rejiminin tətbiqi nəzərdə tutulur.
Təklifdə işçilər ən azı 30 faiz olmaqla aşağıdakı iş qrafikləri üzrə bölüşdürüləcək:
Test müddətində iş qrafiklərinin Bakı şəhərində nəqliyyat sıxlığına təsiri də qiymətləndiriləcək. Bunun üçün aidiyyəti dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən monitorinq aparılması təklif olunur. Nazirlər Kabineti tərəfindən təklif qəbul edilib.
Qeyd edək ki, dəyişkən iş qrafikinin tətbiqi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərdəndir. Proqramın müvafiq bəndində dövlət orqanları, təhsil və tibb müəssisələri, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə uyğun təşkil edilməsi tapşırılıb. Nazirliyin təklifində işçilərin əmək funksiyalarının imkan verdiyi hallarda hibrid və distant iş formasının tətbiqi, özəl müəssisələrə isə iş vaxtı rejimlərini yeni qrafiklərə uyğunlaşdırmağın tövsiyə edilməsi də nəzərdə tutulur. Hazırda bəzi dövlət qurumlarında, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Bakı Metropoliteni” QSC-də dəyişkən iş qrafiki tətbiq edilir.
Nazirlik hesab edir ki, yay tətili və məzuniyyət dövrünün başa çatması ilə sentyabr ayından test rejiminə başlanılması daha real nəticələrin əldə edilməsinə imkan verəcək. İki aylıq sınaq müddətinin nəticələri təhlil edildikdən sonra dəyişkən iş qrafiki tətbiq ediləcək qurumların yekun siyahısının hazırlanması və mərhələli keçidin təmin edilməsi nəzərdə tutulur.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.