Kartofla bağlı mühüm AÇIQLAMA
14 Noyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5090
10.09.2026, 13:01
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür.
Sitat: “Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yəni 3 adamdan ikisi oxuduğu mətni başa düşmür. Bu, ölçmənin nəticəsidir və çox böyük problemdir. Yüksək oxu bacarıqları olanların faizi isə 0,1-dir”.
Bu fonda bəzi vətəndaşlar təklif edib ki, uşaqlar məktəbə 8 yaşından tez başlamasın, təhsil müddəti 10 il olsun və ibtidai siniflərdə proqram uşaqların yaşına daha uyğun qurulsun.
Nazirin çıxışı bu cür ssenarinin mümkünləşməsi üçün siqnal ola bilər? Yaxın dövrlərdə məktəblərlə bağlı radikal dəyişikliklər gözlənilirmi?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli nazirin açıqlamasını birbaşa məktəbə başlama yaşının dəyişdirilməsi və təhsil müddətinin qısaldılması ilə əlaqələndirmək düzgün olmaz deyib:
“PISA nəticələri ciddi siqnaldır və nazir də məhz oxu savadlılığının sistemli şəkildə yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Xüsusilə bəzi bölgələrdə nəticələrin daha aşağı olması göstərdi ki, problemə ümumi yanaşmadan çox, səbəbləri düzgün müəyyənləşdirilmiş və hədəflənmiş tədbirlərə ehtiyac var. Çünki məktəbə başlama yaşının səkkizə qaldırılması və ya təhsil müddətinin 10 ilə endirilməsi ciddi sistem dəyişikliyidir. Belə qərar yalnız oxu savadlılığı göstəricilərinə əsasən verilə bilməz. Burada uşaqların inkişaf xüsusiyyətləri, məktəbə hazırlıq, ibtidai sinif proqramlarının məzmunu, müəllim hazırlığı və tədris metodikası kompleks şəkildə araşdırılmalıdır. Hazırda uşaqların birinci sinfə qəbulu mövcud qaydalara əsasən davam edir və 2026-2027-ci tədris ili üzrə qəbul prosesi də bu çərçivədə həyata keçirilib”.
Ekspert bildirib ki, yaxın dövrdə əsas diqqət məktəbə başlama yaşını dəyişməkdən əvvəl, mövcud sistem daxilində keyfiyyətin artırılmasına yönələcək:
“Xüsusilə ibtidai siniflərdə oxuyub-anlama, mətnlə işləmə və funksional savadlılığın inkişafı gücləndirilməlidir. Emin Əmrullayevin açıqlamalarında da problemin pedaqoji yanaşmalar və müəllimlərlə iş istiqamətində həllinə ehtiyac olduğu qeyd edilib. Ona görə də hazırkı mərhələdə bunu radikal dəyişikliklərin siqnalı kimi yox, təhsil sistemində hansı sahələrə daha ciddi müdaxilələrin lazım olduğunu göstərən mühüm diaqnostik nəticə kimi qiymətləndirmək lazımdır. Əgər gələcəkdə məktəbə başlama yaşı, təhsil müddəti ilə bağlı dəyişikliklər gündəmə gələcəksə, bunun geniş müzakirə və tədqiqatlardan, həmçinin pilot tətbiqlərdən sonra həyata keçirilməsi daha doğru yanaşma olar”.
19:15 / 14 Noyabr 2026
10
19:12 / 14 Noyabr 2026
9
19:05 / 14 Noyabr 2026
41
18:50 / 14 Noyabr 2026
46
18:43 / 14 Noyabr 2026
67
18:21 / 14 Noyabr 2026
483
18:09 / 14 Noyabr 2026
98
18:06 / 14 Noyabr 2026
414
18:03 / 14 Noyabr 2026
88
17:18 / 14 Noyabr 2026
162
17:15 / 14 Noyabr 2026
108
16:20 / 14 Noyabr 2026
120
16:05 / 14 Noyabr 2026
164
15:45 / 14 Noyabr 2026
124
15:27 / 14 Noyabr 2026
300
15:25 / 14 Noyabr 2026
137
15:07 / 14 Noyabr 2026
273
15:05 / 14 Noyabr 2026
140
14:44 / 14 Noyabr 2026
253
14:31 / 14 Noyabr 2026
129
14:24 / 14 Noyabr 2026
765
14:19 / 14 Noyabr 2026
130
14:15 / 14 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.