5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
267
08.09.2026, 13:15
Mağaza rəflərində “100% təbii”, “şəkərsiz”, “dietik” və “light” kimi ifadələrlə təqdim olunan meyvə şirələri istehlakçıların diqqətini cəlb edir. Lakin məhsulun üzərində bu ifadələrin yazılması onun avtomatik olaraq sağlam olduğu anlamına gəlmir.
Xüsusilə emal olunmuş meyvə şirələrinin tərkibində şəkərin əvəzinə müxtəlif şirinləşdiricilərdən istifadə oluna bilər. Buna görə də mütəxəssislər istehlakçılara məhsul seçərkən yalnız qablaşdırmanın üzərindəki reklam xarakterli ifadələrə deyil, tərkib hissələrinə və qida dəyərinə diqqət yetirməyi tövsiyə edirlər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, meyvə şirəsi alarkən ilk növbədə məhsulun etiket məlumatları diqqətlə oxunmalıdır.
“100% təbii” ifadəsi hər şeyi göstərmir”
Mütəxəssis qeyd edib ki, qablaşdırmanın üzərində “100% təbii meyvə şirəsi” yazılması məhsulun tərkibində şəkər və ya şəkər əvəzedicilərinin olmadığı anlamına gəlmir.
“İstehsalçılar məhsuldan asılı olaraq aspartam, sukraloza, saxarin kimi şirinləşdiricilərdən, yaxud steviya bitkisinin tərkibindəki steviol qlükozidlərindən istifadə edə bilərlər. Bu maddələrin adları etiketdə müxtəlif formada qeyd oluna bilər. Buna görə məhsulun tərkibi mütləq yoxlanılmalıdır”.
Onun sözlərinə görə, emal olunmuş meyvə şirələrindənsə meyvənin özünü istehlak etmək daha məqsədəuyğundur.
“Şəkərsiz”, “diet” və “light” yazılarına aldanmayın”
Məhsəti Hüseynova bildirib ki, istehlakçılar məhsul seçərkən qablaşdırmanın üzərindəki “şəkərsiz”, “diet”, “light” və “fit” kimi ifadələrə deyil, məhsulun ümumi qida dəyərinə diqqət yetirməlidirlər.
“Əsas məqsəd şəkəri başqa bir şirinləşdirici ilə əvəz etmək deyil, gündəlik şəkər qəbulunun norma həddini aşmamasıdır”, – deyə mütəxəssis vurğulayıb.
O əlavə edib ki, məhsulun üzərində “şəkərsiz” yazıldığı halda tərkibində şəkər və ya şirinləşdirici maddə göstərilirsə, bu məsələ istehlakçı hüquqları baxımından araşdırılmalıdır.
Mütəxəssis alıcılara meyvə şirəsi alarkən məhsulun tərkibini diqqətlə oxumağı və marketinq xarakterli ifadələrə deyil, real qida göstəricilərinə əsaslanmağı tövsiyə edib.
Çimnaz Telmanqızı
19:09 / 04 Oktyabr 2026
10
18:44 / 04 Oktyabr 2026
20
18:34 / 04 Oktyabr 2026
36
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
67
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
398
17:23 / 04 Oktyabr 2026
203
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1918
16:56 / 04 Oktyabr 2026
184
16:55 / 04 Oktyabr 2026
146
16:53 / 04 Oktyabr 2026
167
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
72
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
297
13:40 / 04 Oktyabr 2026
79
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.