Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
14 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1032
07.09.2026, 15:55
Azərbaycanda uşaq pulunun bərpası və ya ikinci uşaqdan başlayaraq aylıq müavinətlərin təyin olunması mövzusu cəmiyyətdə yenidən geniş müzakirə olunur. Xüsusilə son zamanlar ailələrə ikinci və sonrakı uşaqlara görə 100 manat məbləğində dəstəyin verilməsi təklifi böyük maraq doğurub. Çünki belə bir proqramın həm ölkədəki doğum səviyyəsinə, həm də dövlət büdcəsinə necə təsir edəcəyi əsas sual doğuran məqamlardandır. Eyni zamanda layihənin reallaşacağı təqdirdə sosial rifahın yüksəlməsinə nə dərəcədə təkan verəcəyi diqqətlə izlənilir.
Məsələ ilə bağlı Oxu24.com-a öz şərhini verən iqtisadçı-ekspert Rəşad Həsənov təklifin maliyyə tutumunu və real sosial təsirlərini açıqlayıb. Ekspert hesab edir ki, yaxın dövrdə bu qərarın qəbul edilmə ehtimalı aşağı olsa da, təklifin tətbiqi müəyyən müsbət nəticələr verə bilər.
“Yaxın dövrdə belə bir qərarın qəbul edilmə ehtimalı aşağıdır"
Rəşad Həsənov bildirib ki, məsələ zaman-zaman gündəmə gəlsə də, aidiyyəti qurumların verdiyi mesajlar yakın gələcəkdə müvafiq qərarın verilməyəcəyini göstərir:
"İndiki şərtlər daxilində aidiyyəti qurumların mövqeyini nəzərə alaraq belə bir qərarın qəbul edilmə ehtimalını çox aşağı qiymətləndirirəm. Lakin nəzəri olaraq təklif edildiyi kimi, bir uşaqdan sonra doğulan hər bir uşaq üçün 100 manat müavinət ödənilərsə, bu, ölkədə təxminən 1.4 milyon uşağı əhatə edə bilər. Aparılan hesablamalara görə, 1.4 milyon uşağa görə il ərzində təxminən 1.7 milyard manat ətrafında əlavə büdcə xərci yaranır”.
İqtisadçı vurğulayıb ki, 1.7 milyard manatlıq maliyyə yükü Azərbaycan büdcəsi üçün dəf edilməz problem deyil:
"Düşünmürəm ki, xərcin maliyyələşdirilməsi ilə bağlı həllolunmaz problem yaşansın. Azərbaycan büdcəsində xərclərin səmərəliliyinin və şəffaflığın artırılması, eləcə də sosial siyasət çərçivəsində nəzərdə tutulmuş bəzi vəsaitlərin yenidən yönləndirilməsi hesabına bu məbləği formalaşdırmaq mümkündür. Həmçinin ailələrin gəlirləri artacağı üçün aztəminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımı xərclərində də təbii azalma baş verəcək”.
Təklifin demoqrafik proses təsirinə toxunan Rəşad Həsənov qeyd edib ki, 100 manatlıq müavinət ailə büdcəsinə dəstək olsa da, doğum sayını birdən-birə kəskin artırmayacaq:
"Hazırda ölkədə təxminən 550 min ikiuşaqlı, 236 min üçuşaqlı, 70 mindən çox dörduşaqlı və 20 mindən çox beşuşaqlı ailə var. Beşuşaqlı ailəyə ayda 400 manat əlavə gəlirin daxil olması təbii ki, böyük dəstəkdir. Bu, onların daha keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışını yaxşılaşdıra bilər. Lakin sırf bu qərara görə cəmiyyətdə kütləvi şəkildə daha çox övlad sahibi olmaq meylinin yaranacağını düşünmürəm.
Çünki hazırda bir uşağın orta məktəbdə təhsili və repetitor xərcləri aylıq 250–400 manat arasında dəyişir. 100 manat bu xərclərin fonunda məsələni tam həll etmir. Bütün bunlara baxmayaraq, insan kapitalının formalaşması, sosial ədalət və hökumətin demoqrafik siyasətinin uzlaşdırılması aspektindən belə bir adımın atılmasını vacib və zəruri hesab edirəm”,- deyə iqtisadçı bildirib.
Çimnaz Telmanqızı
15:45 / 14 Noyabr 2026
5
15:27 / 14 Noyabr 2026
163
15:25 / 14 Noyabr 2026
67
15:07 / 14 Noyabr 2026
129
15:05 / 14 Noyabr 2026
90
14:44 / 14 Noyabr 2026
113
14:31 / 14 Noyabr 2026
85
14:24 / 14 Noyabr 2026
377
14:19 / 14 Noyabr 2026
93
14:15 / 14 Noyabr 2026
90
14:09 / 14 Noyabr 2026
219
13:50 / 14 Noyabr 2026
1986
13:48 / 14 Noyabr 2026
120
13:16 / 14 Noyabr 2026
117
13:03 / 14 Noyabr 2026
104
12:49 / 14 Noyabr 2026
129
12:25 / 14 Noyabr 2026
121
12:09 / 14 Noyabr 2026
131
11:58 / 14 Noyabr 2026
127
11:50 / 14 Noyabr 2026
112
11:39 / 14 Noyabr 2026
108
11:19 / 14 Noyabr 2026
131
11:09 / 14 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.