Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
346
07.09.2026, 12:28
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.
Oxu24.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.
O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır, vəziyyəti ağırdır:“Həmin gün səhər saatlarında mən onun yanında idim, daha sonra oradan çıxıb öz evimə getdim. Saat 5 radələrində onunla əlaqə saxlamağa çalışdım, lakin telefon zənglərimə cavab vermədi. Hətta mobil telefonu sönmüşdü, ev telefonuna da cavab vermirdi. Bundan sonra narahat olmağa başladım. Evinə getdim və bundan sonra Fövqəladə Hallar Nazirliyinə, polisə müraciət etdim, prokurorluğa və təcili tibbi yardıma məlumat verdim. Qurumların əməkdaşları gəldilər və qapını sındırdılar.Anamı balkondan mətbəxə keçid hissəsində, iki qapının arasında sıxılmış və yerdə yıxılmış vəziyyətdə tapdıq. İlkin məlumata görə, həmin vaxt işemik insult keçirib. Görünür, mən səhər onun yanından ayrıldıqdan sonra günorta saatlarında yıxılıb və insult keçirib. Xəstəxanaya çatdırıldıqdan sonra həkimlər beyninə qaz sızdığını bildirdilər. Mənim anam 65 ilini Azərbaycan radiosuna həsr edib. Çox xahiş edirəm, dualarınızı əsirgəməyin”.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.