5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
197
07.09.2026, 10:06
“Mən dünyanı addım-addım dolanmışam,
Sabiriyyə, Yaqutiyyə çöllərində izim qalıb...
Neçə-neçə daş kitabə yazılarda
sözüm qalıb, səsim qalıb...”...
Bu sətirlər mənim öz şerimdəndir. Və indi əbəs yerə xatırlamadım. Hələ çoxları kitab yaza bilməyəndə, kitab görməyəndə, sonralar isə kitabın guya “göydən endiyini “- deyəndə bizim babalarımız İltəriş Xaqan, sonra Bilgə Xaqan, Kül Təkin, Tonyukuk Xaqan daş kitabələrə tarix yazdırdılar, türkün və dünyanın yaranışının salnaməsini yazdırdılar. Özləri yox, saraylarında xəttat Yaqbu bəy var idi. Daşlara yazıları o yazırdı...
Əgər biz bu gün öz elmimizi, axtarışlarımızı yalnız o yazılı kitabə daşlara yönəltsək, hər sətrin alt mənasından 7 qat taparıq. O yazılar insanlığın həyat konstitusiyası, dövləti yönətmənin qanun kitabıdır.
Bəs o daş kitabələr bizə necə gəlib çatıb?
İnsan yaranışından sonra qayda-qanunlara çətin öyrənir. Bütün əsrlərdə cəmiyyətdə doğru, əxlaqlı insanlar olduğu kimi, bu insan tiplərinin əksi də olub. Cəmiyyətlər bütöv bir toplumu tərbiyə edə bilmir.
Görkəmli tədqiatçı və arxeoloqların araşdırıb tapdıqları VI-VII əsrlərdən yadigar qalmış daş kitabələr bizim bu günümüzə necə gəlib çatıb? Hər dövrün vandalları və vəhşi təbiətli , qurulanı qırıb-dağıdan adamları olur.
Mən Monqolustanın Orxon vadisində- Ötükəndə həmin daşları sındırılmış, başı kəsilmiş gördüm. O zaman könlüm riqqətə gəldi. Yazdım ki:
Tanrının qonağı olduq,
Kutluq Xaqanın evində.
Hüzr içində bəxtiyardıq,
Kutluq Xaqanın evində.
Keşikdə durmuşdu daşlar,
Bədəndən ayrılmış başlar,
Gözümdən selləndi yaşlar,
Kutluq Xaqanın evində.
Bizim Ana yurdumuz Azərbaycanda da belə yazılı daş kitabələr olub. İpək Yolu üzərində yerləşən yurdumuzdan səlibçilər, bu torpaqları zəbt etmək üçün gələnlər keçdikcə, yurdlar viran qalıb, və o daş yazılar da vandallar tərəfindən, yeni dini gətirənlər tərəfindən uçurulub, dağıdılıb ki, biz öz tariximizdən bixəbər olaq.
Yuxarıda qeyd etdiyim kimi hətta Ötükənin özündə belə daş kitabələrimizi götürüb aparıb, baş daşı kimi, tikinti materialı kimi istifadə ediblər. Belə hadisələr Uzaq Sibirdə, Qazaxıstanda, Özbəkistanda oland tarixi abidələrin və daş kitabələrin də başına gətirilib.
Mən yurdumuzun daş tarixi olan İçəri şəhərdə gəzərkən hər zaman əlimi o daş divarlara, darvaza sütunlarına vururam, kürəyimi o daşlara söykəyirəm. Fikirli, dərdli olanada dərdimi daşlara, divarla, hətta ağaclara deyirəm. Mən beləcə daşlara zikr edirəm.
Bilirsiniz niyə? Çünki daşların da ruhu, yaddaşı var. O daşlardan, divarlardan enerji alıram. Daşlar insanların səsini külələrə qoşub Tanrıya çatdırırlar.
Və bir də ki, mən Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın da müqəddəs və tarixi məkanlara gedəndə qollu-budaqlı qocaman ağacları qucaqladığı, tarixə şahidlik edən qoca daşları əlləri ilə tumarladığı diqqətimdən yayınmayıb.
2019-cu ilin qış ayları idi. Yenə İçəri şəhərdən keçirdim. Diqqətimi bir eybəcər mənzərə cəlb etdi. İçəri şəhərin qala divarları darvazasınnı yanında daşlardan və tariximizdən xəbəri olmayan birisi üçmərtəbəli restoran binası ucaldırdı. Bu mənzərə məni çox pərişan etdi. Evə gəlib, Azərbaycan Prezidentinə və Birinci xanıma Açıq məktub yazdım. Qeyd etdim ki, “Tarixinə sahib çıxmayanın tarixini başqaları zəbt edər”. Müraciətim yayımlanan günün səhərisi bir də xəbər tutdum ki, Mehriban xanım Əliyeva İçəri şəhərə özü şəxsən gələrək, həmin hadisə yerində olub və tikintini dayandırıb.
Bəli, bizim dövlətin birinci insanları əgər tariximizə sahib çıxmağı özlərinə əsas vəzifə bilirlərsə, bizim də hər birimiz öz şəhərimizi, məhəlləmizi, kəndimizi qorumalıyıq.
Qala divarlarına , mədəniyyət abidələrinə rəngli qraffiti ilə yazı yazanlar, ölkəmizdəki mədəni abidələrə, tarixi abidələrə ziyan vuranlar törətdikləri cinayətə uyğun olaraq, ən böyük məbləğdə çərimələnməli və təbiətə, şəhərə və ya tarixi abidəyə vurduqları ziyanın həddi çərçivəsində hətta həbs olunmalıdırlar.
İsveçdə, Norveçdə, Amerikada belə xuliqanlıq edənlər 20 min avrodan çox cərimə olunurlar. O zaman biz niyə bu qaydalardan yan ötməliyik?
Daşa-divara hansısa şəhidin, və ya sevgilinin adını yazmaqla o yaşamır. Bu bir vandallıqdır. Və ya canlı ağacın bağrını yarıb, onun gövdəsini bıçaqla cızanda, özünüzü bir onun yerinə qoyun. Təsəvvür edin ki, sizin sinənizə kimsə damğa basır və ya bıçaqla yazır. Ağrıdırmı? Bax ağacı da, daşı da elə ağrıdır.
Yox əgər sən daşa tarixi nəqqaş kimi, sevgi ilə, həkk edirsənsə, bu əsər tarixlərə nişanə qalır. Daşa yazı yazmaq işini nəqqaşlara, daş yonanlara, memarlara həvalə etsək, dünya da gözəlləşər, ətrafımız da , könlümüz, gözümüz də. Özbəkistanın mərhum Birinci Prezidenti İslam Kərimov deyirdi ki: “Abadlıq könüldən başlar!”. Əvvəlcə könlünüzü abad edin, savadlanın, sonra bilin ki, bir sətir cümləni yazıb tamamlaya bilməyənin , yazdığı könül bulnadırar.
Aida Eyvazlı Göytürk.
19:09 / 04 Oktyabr 2026
1
18:44 / 04 Oktyabr 2026
16
18:34 / 04 Oktyabr 2026
34
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
394
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1896
16:56 / 04 Oktyabr 2026
178
16:55 / 04 Oktyabr 2026
145
16:53 / 04 Oktyabr 2026
161
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
78
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.