Azərbaycanda deputat qəzaya düşdü:Ölən var
14 Noyabr 2026, 08:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
407
05.09.2026, 12:06
Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən mühüm infrastruktur layihələrinin icrası davam etdirilir.
Agentlikdən Oxu24.com-a bildirilib ki, Dövlət Proqramı çərçivəsində icra olunan mühüm layihələrdən biri Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisidir. Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının vahid sistem üzrə toplanmasına, daşınmasına və müasir texnologiyalar əsasında təmizlənməsinə xidmət edəcək.
Yeni infrastruktur Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma risklərinin azaldılmasına, sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına və ərazidə ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq.
2028-ci ildə başa çatdırılması nəzərdə tutulan layihə tamamlandıqdan sonra gətirici kanalizasiya kollektoru, tullantı sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və yardımçı obyektlər vahid və dayanıqlı infrastruktur sistemi kimi fəaliyyət göstərəcək.
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.