İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
246
04.09.2026, 18:30
Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 34 il ötür.
Oxu24.com bildirir ki, bu münasibətlə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc BAMF prezidenti Umud Mirzəyevə zəng edərək təbriklərini çatdırıb.
Zahid Oruc təbrikində Umud Mirzəyevin şəxsiyyətinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətində də əks olunduğunu bildirib.
“İnsan özü necədirsə, rəhbərlik etdiyi təşkilat da həqiqətən elə olur. Mən bilirəm ki, Umud müəllim necə bir insandırsa, onun rəhbərlik etdiyi təşkilat da elədir: aydındır, safdır, şəffafdır, qəlbi təmizdir. Təşkilatın da qəlbi təmizdir”, – deyə o qeyd edib.
Parlamentari Umud Mirzəyevin illər ərzində beynəlxalq aləmdə qazandığı dostluqlara da diqqət çəkib.
“Umud müəllim bu illər ərzində o qədər dost qazanıb ki, biz onu Avropanın bir neçə ölkəsində görmüşük və bir qədər də zarafatlaşmışıq. Demişik ki, 5, 7, 10 dil bilən, çoxdilli insanlarla qarşılaşmışıq, amma Umud müəllimin dili bir qədər fərqlidir. Bəlkə də o, 10 dili peşəkar səviyyədə danışmır. Amma insan dilində, Qarabağ dilində, torpaq dilində, Vətən və dövlət dilində, millət dilində elə danışır ki, biz həmin dostlarımızla görüşlərdə, tam səmimiyyətlə deyirəm, Azərbaycan tərəfinin mövqelərini, uğurlarını, qərarlarını və qətnamələrini o qədər geniş şəkildə çatdırmışıq və dəstək qazanmışıq ki, , 27 sentyabrda başlayan müharibəmizin qələbə ilə başa çatmasında həmin mübarizələrin də öz payı var. Bir gün bütün bunlar obyektiv şəkildə öz həqiqi dəyərini alacaq. Çünki söhbət yalnız 44 gündən getmir. 44 günə qədər biz 27 illik bir yol keçmişik. Biz hələ qələbəni tam yaşamamışıq. Bu, həqiqətən belədir. Bir savaşdan çıxmışıq, amma daha qlobal mübarizələr hələ də qarşımızdadır. Ona görə də sizə daha böyük uğurlar, daha böyük nailiyyətlər, daha böyük “tortlar” arzulayıram. Umud müəllimi çox-çox qoruyun. Onu elə qoruyun ki, o, bu təşkilatın və bu böyük işin başında uzun illər dayansın. Çünki o, söz üçün cibinə deyil, ürəyinə əl atan adamdır”, – deyə o əlavə edib.
Xatırladaq ki, BMT-nin əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 1992-ci il sentyabrın 4-də dövlət qeydiyyatına alınıb. Fond media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı təşəbbüslər, münaqişələrin həlli, qaçqın və məcburi köçkünlərlə iş, icmaların inkişafı və təhsil istiqamətlərində fəaliyyət göstərir.
BAMF 34 illik fəaliyyəti dövründə Azərbaycanın tarixi reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması, medianın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması və informasiya şəffaflığının təşviqi istiqamətində mühüm işlər görüb. Təşkilat BMT-nin Cenevrə, Nyu-York və Vyana ofislərində, eləcə də digər nüfuzlu beynəlxalq auditoriyalarda müxtəlif tədbirlər və paralel sessiyalar keçirib.
Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri də müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş ərazilərə səfərlərin təşkili, həmin regionlarda yaşayan qaçqın və məcburi köçkünlərin diqqətdə saxlanılması, sosial-humanitar layihələrin həyata keçirilməsi olub.
BAMF BMT qurumları, Avropa Komissiyası, ABŞ Dövlət Departamenti, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, dövlət qurumları və yerli, eləcə də beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.