İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
325
04.09.2026, 14:55
Yeni tədris ilinin başlamasına az qalmış ölkənin kirayə mənzil bazarında kəskin hərəkətlilik və tələbat artımı müşahidə olunur. Xüsusilə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin mənzil axtarışına başlaması qiymətlərin kəskin yüksəlməsinə zəmin yaradıb. Paytaxt Bakı başda olmaqla, Abşeron yarımadası və bəzi iri regionlarda ucuz və münasib ev tapmaq günü-gündən çətinləşir. Tələbatın kəskin artmasından fürsət kimi istifadə edən bəzi mənzil sahibləri isə qiymətləri süni şəkildə qaldırmağa üstünlük verirlər. Yarana biləcək sıxlıq və qiymət artımının hansı ərazilərdə daha çox hiss olunacağı isə hazırda ən çox müzakirə edilən mövzulardandır.
Mövzu ilə bağlı mövcud vəziyyəti və bazarın gələcək dinamikasını Oxu24.com təhlil edib.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən əmlak eksperti Elnur Azadov kirayə bazarındakı son vəziyyəti şərh edib.
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında ən yüksək tələbat və qiymət artımı paytaxtda qeydə alınır:
“Yüksək tələbat və qiymət göstəricilərinə görə birincilik Bakı şəhərinə məxsusdur. İkinci yerdə Sumqayıt, üçüncü yerdə isə Xırdalan şəhəri qərarlaşıb.
Bölgələrdə tələbə axını Bakı və Abşeronla müqayisədə o qədər kütləvi deyil. Regionlar arasında ikinci ən yüksək tələbat Gəncədə, daha sonra Mingəçevir, Şəki və Naxçıvan şəhərlərində izlənilir”.
Ekspert bildirib ki, regionlarda tədris ilinin başlaması ilə bağlı kəskin böhran yaşanmır. Şəhərlərin mərkəzində və təhsil müəssisələrinin yaxınlığında qiymətdən daha çox təklif sayının azalması müşahidə olunur. Şəhər kənarında isə boş mənzil tapmaq çətin deyil.
Elnur Azadov qeyd edib ki, əsas gərginlik Bakı və ona yaxın ərazilərdə cəmləşib:
”Bakıdakı qiymətlərə alternativ olaraq təkliflərin kütləvi cəmləşdiyi əsas ərazilər Xırdalan və Masazır qəsəbəsidir.
Xırdalandan gediş-gəliş və nəqliyyat sıxlığı müəyyən problemlər yaradır. Bu səbəbdən Xırdalanda məskunlaşan tələbələr bir müddət sonra tədricən Bakı şəhərinə köçməyə üstünlük verirlər”.
"Ekonom" mənzillər 30 faizədək bahalaşıb
Mövsümlə əlaqədar qiymət artımına toxunan ekspert müvəqqəti bahalaşmanın baş verdiyini vurğulayıb:
“Bakı şəhərinin daxili hissələrində, metro və ali məktəblərin yaxınlığında yerləşən mənzillərin qiymətində qısa müddətlik 25–30% artım müşahidə edilir. Bahalaşma daha çox "ekonom" sinfə aid 1 və 2 otaqlı evlərdə özünü göstərir”.
“Yaranmış kütləvi tələbatdan sui-istifadə edərək qiymətləri əsassız şəkildə qaldıran ev sahibləri də az deyil”,- deyə ekspert əlavə edib.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.