5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
230
04.09.2026, 13:36
Azərbaycan Yazıçılar Birliyinin sədri olmuş, yazıçı, tərcüməçi Seyfulla Şamilovu, ədəbiyyat tarixində təkcə ədəbi fəaliyyəti yox, həm də çirkin siyasi fəaliyyətinə görə xatırlamaq lazımdır.
Lap daha dəqiq, Mikayıl Müşfiqin ölümünə görə.
Repressiya dövründə sürgün belə edilən Seyfulla Şamilov, “Leninin pedaqoji üsulları", “Dördüncü il", Laçın", ”Nigarın məcarası" kimi kitabların da müəllifidir.
Ancaq tarix onun kitablarını ədəbiyyat olaraq xatırlamır.
Maraqlıdır, bəs o, eyni zamanda həm də hansı siyasi çirkin əməllərə sahib olub?
Konkret desək, o, Mikayıl Müşfiqin əleyhinə ən kəskin və birbaşa ifadə verən şəxslərdən biridir.
Daha dəqiq, Seyfulla Şamilov birbaşa olaraq NKVD-yə verdiyi ifadədə Müşfiqi "əksinqilabi müsavatçı gənclər təşkilatının üzvü" olmaqda ittiham edib.
Başqa sözlə desək, üzünə durub.
Bəli, 29 yaşında öldürülən gənc Müşfiqin batırılmış qanında onun qələm tutan əlləri var.
Bəs o bunu edəndə nələrə əl atırdı?
Əlbəttə, gülünc və bir o qədər də iyrənc yollara.
Təsəvvür edin, Seyfulla Şamilov Müşfiqə qara yaxmaq üçün əsərini nəzərdə tutaraq demişdi:
“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quşla maraqlanır, ancaq bizim sovet quruluşu ilə maraqlanmır?! Bizim sovet qəhrəmanları ilə maraqlanmır?! Bax, bu Səməndər sizin fikrinizə haradan gəlib?! Sən bu gün sovet ədəbiyyatını ifşa etməyə çalışmırsansa, bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir ki, bunu yazasan?”.
Bəli, etməyə düzəməlli bir ittiham tapa bilməyən Seyfulla Şamilov, özünü həm də tarix qarşısında bu qədər güldürməyi bacarmışdı.
Üstəlik, bu proses zamanı, yəni daha desək, Müşfiqin konkret olaraq həbs motivində başqa məsələ də var idi.
Belə ki, Mikayıl Müşfiq Məmməd Rahim, Mehdi Seyidzadə, AYB sədri Seyfulla Şamilov və şair Mikayıl Rzaquliyevlə “Azərnəşr”in binasında olan zaman etdiyi bir hərəkət və sözə görə ölümə məhkum edilir.
Məsələ bu idi ki, Mikayıl Müşfiq bu adamları “Azərnəşr”in binasında oturub söhbət edən zaman Stalinə şeirlər və mədhiyyələr dediklərini görüb.
Mənzərəyə ironik yanaşan Müşfiq, ayağa qalxaraq Stalinin heykəlinə yaxınlaşır və onun başına vuraraq “bir gün sənin də boğazına zəncir keçirib bu heykəlini ayaqlar altına atacaqlar” deyib.
Onlar isə bunu görən kimi oradan uzaqlaşaraq NKVD-yə gediblər.
Vaxt itirmədən sə teleqram vururlar ki, bəs Mikayıl Müşfiq Stalini təhqir etdi, tədbir görün.
Beləcə, onlar bu idbarlıq, çirkinlik, üzədurmaq və adam satmaqla gənc bir şairin ölümünə imza atırlar.
Zaman Dövr
Mikayıl Müşfiqin “Stalin” əsəri (əsasən poema/şeir kimi xatırlanır) 1936-cı il fevralın 2-də “Kommunist” qəzetində dərc edilmişdir. Dövriyyədə “Stalin poeması” olaraq tanınan bu əsər, sovet dövrünün siyasi tələblərinə və dövrün ideologiyasına uyğun olaraq yazılmış, İosif Stalinin xilaskar lider kimi tərənnüm edildiyi əsərlərdən biridir
Əsərdə liderin rolu aşağıdakı kimi təqdim olunur:
Tarixi rol: Leninlə eyni sırada qəhrəman və bəşəriyyətin xilaskarı kimi qeyd olunur.
Abidə və tərif: Poemanın sonlarına doğru şair Stalinin şərəfinə “Tikdim sənin də şanlı abidəni, söz vətənində!” misraları ilə ona olan məhəbbətini ifadə edir.
Ədəbi irs: Əsər məzmun etibarilə sosializm quruculuğunun və İosif Stalinin şəxsiyyətinə pərəstişin ədəbiyyatdakı nümunələrindən hesab olunur.
Müşfiq yaradıcılığının bütün qəliblərinə və bu kimi tərifnamələrinə baxmayaraq, o, Stalin repressiyalarının qurbanı olmuş, 5 yanvar 1938-ci il tarixli qısa məhkəmə qərarı ilə güllələnmişdir. Əsərin mətni və tarixi təhlili ilə bağlı ətraflı məlumat üçün Milli Kitabxana sənədinə baxa bilərsiniz
Yenə başımdakı bu sevda nədir?
Qəlbimi oynadan bu xülya nədir?
Gənclik dedikləri yaz otağında
Bu rəng, bu rayihə, bu ziya nədir?
Bir parça köksümdə bu qoca dünya,
Bir ovuc qəlbimdə bu dərya nədir?
Nədir bu təntənə, nədir bu vüs’ət,
Bu göy, bu ildırım, bu zəka nədir?
Bütün düşüncəmi alt-üst eyləyən
Günəşin varisi bu düha nədir?
Varlığım ərimiş həsrət içində,
Heyrət içindəyəm, heyrət içində!
Deyil söylədiyim sadə bir nağıl,
Ey könül, getdiyin uyqudan ayıl.
Gözəl mənzərəli bir dərə kimi,
Ey dəftərim, açıl, ey sinəm, açıl.
Canlansın qarşımda bir vücud kimi
Hər dalğa, hər bulud, hər daş, hər çaqıl.
Əlindən düşərək xırpalar səni,
Girişdiyin işə, şair, nəzər qıl.
Xeyir, söz mənimdir, ilham mənimdir,
Yardıma qoş, könül, dadə gəl, ağıl!
Sayılsın ya bu gün, ya gələcəkdə
Mənim də qalmasın sözüm ürəkdə.
Ey dünya, dəyişən günlərimizdə,
İçi şən, çölü şən günlərimizdə;
Neva, Volqa kimi, Dnepr kimi
Kür kimi kükrəşən günlərimizdə;
Böyük arzulara, böyük divlərə
Qorxmayıb girişən günlərimizdə;
Bir nəhəng şairin ilhamı kimi
Öz yoluna düşən günlərimizdə;
Bəşərin sevgisi, baxtı yolunda
Yarışıb, döyüşən günlərimizdə
Nə qədər vurmuşsa qəlbi bir elin,
O qəlbin adına derlər: Stalin!
Orxan Saffari
19:09 / 04 Oktyabr 2026
1
18:44 / 04 Oktyabr 2026
16
18:34 / 04 Oktyabr 2026
34
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
394
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1896
16:56 / 04 Oktyabr 2026
178
16:55 / 04 Oktyabr 2026
145
16:53 / 04 Oktyabr 2026
161
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
78
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.