İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
319
03.09.2026, 22:03
Kişilərdə süd vəzi toxumasının böyüməsi ilə xarakterizə olunan ginekomastiya müxtəlif səbəblərdən yarana bilər. Hormonal dəyişikliklər, bəzi xəstəliklər, dərmanların istifadəsi və digər amillər bu vəziyyətin yaranmasına səbəb ola bilər.
Oxu24.com xəbər verir ki,ginekomastiya bir və ya hər iki döşdə müşahidə edilə, bəzi hallarda isə ağrı və həssaslıqla müşayiət oluna bilər. Diaqnozun dəqiqləşdirilməsi və səbəbin müəyyənləşdirilməsi üçün həkim müayinəsi vacibdir. Müalicə ginekomastiyanın yaranma səbəbindən və vəziyyətin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Bəzi hallarda müşahidə kifayət etdiyi halda, davamlı və ifadəli ginekomastiyada cərrahi müdaxilə tələb oluna bilər.
Ginekomastiya əməliyyatının icbari tibbi sığorta hesabına qarşılanıb-qarşılanmaması ilə bağlı TƏBİB sorğunu cavablandırıb.
TƏBİB-dən bildirilib ki, ginekomastiya əməliyyatı icbari tibbi sığorta çərçivəsində qarşılanır.
Beləliklə, müvafiq tibbi göstəriş olduğu halda ginekomastiyadan əziyyət çəkən pasiyentlər əməliyyatın icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi imkanından yararlana bilərlər.
Qeyd edək ki, əməliyyata ehtiyac və müalicə üsulu pasiyentin həkim müayinəsinin nəticələrinə əsasən müəyyənləşdirilir.
İmza: Vüsal
23:16 / 24 Oktyabr 2026
153
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
112
22:14 / 24 Oktyabr 2026
87
22:05 / 24 Oktyabr 2026
290
21:42 / 24 Oktyabr 2026
1854
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
94
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
96
20:31 / 24 Oktyabr 2026
961
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
107
19:55 / 24 Oktyabr 2026
98
19:40 / 24 Oktyabr 2026
98
19:09 / 24 Oktyabr 2026
135
18:55 / 24 Oktyabr 2026
93
18:40 / 24 Oktyabr 2026
110
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
443
18:13 / 24 Oktyabr 2026
676
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.