Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
02.09.2026, 15:07
Bu gün Azərbaycan elminin görkəmli simalarından biri, BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri(1986-cı ildən), Azərbaycanın Dövlət mükafatı laureatı (1978), geologiya-mineralogiya elmləri doktoru (1975), Əməkdar elm xadimi (2000), "Şöhrət"(2009) və "Şərəf" (2018)ordenləri laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü(2014), akademik Vasif Babazadənin doğum günüdür.
Oxu24.com xəbər verir ki,Vasif Məmməd Ağa oğlu Babazadə 1938-ci il sentyabrın 2-də Bakı şəhərində anadan olmuş, 1945–1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində oxumuşdur. 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda – BDU) Geologiya-coğrafiya fakültəsində təhsil almış və mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 1961-ci ildən BDU-da çalışır.1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1977-ci ildə professor, 2014-cü ildə akademik (AMEA-nın həqiqi üzvü) elmi adlarını almışdır.
Akademik Vasif Babazadə ilk dəfə olaraq yerin ofiolit gurşağının metallogeniyasını işləmiş, Kiçik Qafqazın böyük uzunluqlu civə qurşağını ayırmış, Cənubi Qafqazda uzun müddət endogen aktivliyini itirməyən lineament zonalar və həlqəvi strukturlar müəyyən etmişdir. Azərbaycanın kosmotektonik xəritəsini (miqyas 1:600.000), Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsini (miqyas 1:600.000), Naxçıvan Muxtar Respublikasının kosmotektonik xəritəsini (miqyas 1:200.000) tərtib etmiş, Aralıq dənizi metallogenik qurşağının ayrı-ayrı seqmentlərinin öyrənilməsində formasion analizi tətbiq etmiş, filiz-maqmatik sistemlərin geoloji-genetik modellerini işləyib hazırlamış, ada qövsləri paleosistemlərinin nəcib metal saxlayan sulfid yataqlarının metallogenik xüsusiyyətlərini və geodinamik inkişaf şəraitini təhlil etmişdir. Azərbaycanın qızıl, mis, molibden və xromit yataqlarının proqnozlaşdırılmasını və sənaye perspektivliyinin qiymətləndirilməsini həyata keçirmiş, respublikanın ayrı-ayrı struktur-formasion zonalarında qara, əlvan və nəcib metal yataqlarının aşkar edilməsini nəzəri cəhətdən əsaslandırmışdır.
Akademik Vasif Babazadə 500-ə yaxın elmi əsərin, o cümlədən 40 monoqrafiya və dərsliyin, 3 nəşr olunmuş strateji əhəmiyyətli xəritələrin müəllifidir. Xaricdə çap edilmiş əsərlərinin sayı 80, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdiriliən jurnallarda çap olunan məqalələrin sayı 35-dir. O, 11 elmlər doktoru və 30 elmlər namizədi (fəlsəfə doktoru) yetişdirmişdir. Akademik Vasif Babazadə “Xidməti istifadə üçün" qrifi altında ekspert kimi elmi-tətbiqi tutumlu layihələr hazırlamış,"Yerin təki haqqında" (1998) və "Təhsil haqqında" (2009) Qanunların hazırlanmasında yaxından iştirak etmişdir.
O, Almaniya, Rusiya, Çin, Türkiyə, İran, İspaniya, Albaniya, Gürcüstan, Serbiya, Ukrayna və digər ölkələrdə Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir.
Akademik Vasif Babazadə kiçik elmi işçi vəzifəsindən Geolojgiya-coğrafiya fakültəsinin dekan müavini, dekanı, kafedra müdiri, Universitetin Tələbə qəbulu üzrə komissiyasının Məsul katibi, BDU Metodik Şuranın sədri, Azərbaycan Respublikası Ağsaqqallar Şurası Məclisinin üzvü və digər vəzifələrə qədər yüksəlmiş, öhdəsinə düşən bütün işləri şərəflə yerinə yetirərək universitet kollektivinin və respublika ictimaiyyətinin dərin hörmətini qazanmışdır.
Görkəmli alim və ictimai xadim olan akademik Vasif Babazadəni ad günü münasibətilə təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
Nigar
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.