5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
780
02.09.2026, 11:58
2025-ci ildə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi əlaqələr kəskin yüksəliş dinamikası nümayiş etdirərək ticarət dövriyyəsini 93 faiz artırıb və 77 milyon dollara çatdırıb. Rəqəmsal baxımdan ciddi sıçrayış qeydə alınsa da, qarşılıqlı ticarətin strukturu hələ də məhdud çərçivədə qalmaqdadır. Məlumata görə, Qırğızıstandan edilən idxalın 83 faizini qızıl məmulatları, Azərbaycandan qarşı tərəfə ixracın isə tam yarısını nəqliyyat vasitələri təşkil edir. Yalnız iki məhsul qrupunun dominantlıq etməsi ticarət münasibətlərinin kifayət qədər şaxələnmədiyini və xarici amillərdən asılı olduğunu göstərir. Bu səbəbdən mövcud artım tempini uzunmüddətli etmək üçün təcili olaraq məhsul çeşidinin genişləndirilməsinə ehtiyac duyulur. Mövcud iqtisadi mənzərə iki qardaş ölkə arasında yeni strateji əməkdaşlıq mexanizmlərinin işlənilməsini zəruri edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 93 faizlik artım iki ölkə arasındakı iqtisadi münasibətlərin sürətlə inkişaf etdiyini göstərsə də, mövcud model uzunmüddətli perspektivdə risklər ehtiva edir:
"Ticarət dövriyyəsinin kəskin artması müsbət göstəricidir, lakin rəqəmin özü qədər ticarətin strukturu da diqqət yetirilməli məqamdır. İdxalda qızılın, ixracda isə nəqliyyat vasitələrinin payının bu dərəcədə yüksək olması ticarətin hələ kifayət qədər şaxələnmədiyini sübut edir”.
Onun sözlərinə görə, əsas hədəf təkcə statistik göstəricini böyütmək deyil, real sektorları əhatə edən məhsul çeşidini genişləndirmək olmalıdır.
Akif Nəsirli qeyd edib ki, artımın davamlı olması üçün bir neçə prioritet istiqamət üzrə əməkdaşlıq dərinləşdirilməlidir:
”Kənd təsərrüfatı, ərzaq, sənaye, tekstil, tikinti materialları, kimya və maşınqayırma sahələrində böyük reallaşdırılmamış potensial var. Xüsusilə Qırğızıstanın kənd təsərrüfatı imkanları ilə Azərbaycanın logistika, emal və ixrac infrastrukturunun birləşdirilməsi yeni birgə layihələrə yol aça bilər”.
O vurğulayıb ki, qarşılıqlı sərmayə qoyuluşunun artırılması və sənaye kooperasiyasının qurulması ticarət əlaqələrinə dayanıqlılıq qazandıracaq:
“Nəqliyyat dəhlizlərinin, xüsusən də, Orta Dəhlizin imkanlarından daha fəal istifadə edilməsi məhsul və xidmət mübadiləsinə əlavə təkan verəcək”.
Akif Nəsirli sonda əlavə edib ki, yalnız iki məhsul üzərində cəmləşən modeldən çoxşaxəli iqtisadi tərəfdaşlıq modelinə keçid edildiyi təqdirdə bu artım tempini saxlamaq mümkün olacaq.
Çimnaz Telmanqızı
19:09 / 04 Oktyabr 2026
6
18:44 / 04 Oktyabr 2026
18
18:34 / 04 Oktyabr 2026
35
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
396
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1908
16:56 / 04 Oktyabr 2026
181
16:55 / 04 Oktyabr 2026
146
16:53 / 04 Oktyabr 2026
164
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
79
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.