İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
357
01.09.2026, 23:04
“Yəqin ki, mətbuatda tez-tez, “filan ölkədə 1 avroya, 1 dollara evlər satılır” xəbərlərini görmüsünüz. Ən son belə xəbər İtaliyanın Siciliya adasındakı tarixi Naro şəhəri tərk edilmiş evləri cəmi 1 avroya satışa çıxararaq yeni sakinlər cəlbi cəhdi haqqında olub”.
Oxu24.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli qeyd edib.
Onun sözlərinə görə, bir avroluq (təxminən 2 manat) evlər həm İtaliya vətəndaşları, həm də xaricilər üçün əlçatandır:
“Siyahıya alınan əmlakların böyük hissəsi təmirə ehtiyacı olan və bəzilərində ciddi bərpa işləri tələb edilən evlərdir. Buna görə alıcı evin təmir və yenidənqurma xərclərini özü qarşılamalıdır.
Bəs bu evləri niyə 1 avroya satırlar? Səbəbi odur ki, dünyanın müxtəlif ölkələrində kiçik kəndlər, qəsəbələr sürətlə boşalır, əhali böyük şəhərlərə köçür, aqrar sahədə çalışmaq istəyənlərin sayı azalır. Ona görə də dövlət belə proqramlar qəbul edir: şəhərlərdən kəndə, qəsəbəyə köçənlərə güzəştlər verir, faizsiz kreditlər təklif edir, kommunal xidmətlərə qoşulmaq, bərpa olunan enerji mənbələrinə keçid üçün köməklik göstərir”.
Ekspert qeyd edib ki, artıq Azərbaycanda da bu proses başlayıb:
“Kəndlər boşalır, əhali, əsasən, Bakıya axır. Bunun səbəbləri çoxdur, bir tək iqtisadi səbəb, maddi vəziyyət deyil – kəndlər, qəsəbələrdə, hətta rayonlarda mədəni həyat, əyləncə yoxdur, bizneslə məşğul olmaq üçün şərait zəifdir.
Biz dövlət və cəmiyyət olaraq şəhərdən kəndə, qəsəbəyə köçmək istəyən insanlara özəl münasibət göstərməliyik. Kəndlərdə yaşayanlar, orda çalışanlar kommunal xidmətlərə şəhərə nisbətən 2 dəfə az ödəniş etməlidir. İstehsal sahəsi yaratmaq istəyənin bütün texniki şərtləri, kommunal xidmətlərə qoşulması pulsuz olmalıdır.
Məcburuq ki, 15-20 il əvvəli düşünək, bu gün addımlar ataq ki, 15-20 ildən sonra boşalmış kəndlər, rayonlar görməyək, əti, aqrar məhsulları Gürcüstandan, Ermənistandan almağa məcbur qalmayaq. Bu gün ölkə əhalisinin yarısına yaxını Abşeronda yaşayır. Belə getsə, 20 ildən sonra bu rəqəm 80%-ə çatacaq”.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.