EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
326
01.09.2026, 10:18
Yaşasaydı bu gün 80 yaşı olacaqdı Tofiq Abdinin... Bizim Tofiq abinin. Təəssüf ki, 70 yaşından sonrakı
yubileylərini görmək əziz dostumuza qismət olmadı.
Tofiq Abdin bənzərsiz şair, publisist idi. Adi insan kimi də hamıdan fəqrlənirdi. Bəzən bu qəribəliyi başa düşülməsə də. Gündəlik həyat tərzində, geyimində, ətrafdakılarla münasibətində öz qaydaları var idi və bu qaydaları heç vaxt dəyişmirdi.
O qədər qəribə idi ki, doğulduğu günü də dəqiq bilmirdi. Əslində sentyabrın ilk gününü dünyaya gəlişinin simvolik tarixi kimi götürməyə məcbur olmuşdu. Neftçalanın Qırmızıkənd kəndindəki orta məktəbin yuxarı sinifində komsomola keçəndə doğum gününü sentyabrın 1-nə qeyd etmişdilər. Çünki həmin vaxta kimi sənədlərində doğum günü qrafası boş imiş.
Həyatının İstanbul dövrü başa çatandan sonra Bakıya qayıdınca məni axtarıb tapdı. Çalışdığım redaksiyaya zəng vurub köşələrimi Türkiyədə maraqla izlədiyini, görüşmək istədiyini dedi. Həmin zəngə qədər təbii ki, mən Tofiq Abdini qiyabi tanıyırdım. İmzası məşhur idi, "Qobustan" jurnalında, "525-ci qəzet"də yazılarını dönə-dönə oxumuşdum. Ümumi dostlardan Tofiq Abdin haqqında xoş sözlər eşitmişdim.
90-cı illərin sonlarından ömrünün sonuna -2014-cü il fevralın 25-nə kimi Tofiq abi ilə saysız-hesabsız görüşlərimiz, söhbətlərimiz oldu. "Ədalət" qəzetində haqqımda böyük bir yazı yazdı. Mənim də Tofiq Abdinlə müsahibələrim, köçələrim oldu.
Çalışdığı Mədəniyyət Nazirliyində, Tərcümə Mərkəzində, "Qobustan" jurnalının Yazıçılar Birliyindəki redaksiyasında, metronun "Qara Qarayev" stansiyası səmtindəki sadə mənzilində görüşürdük. O evdə kimlər qonaq olmamışdı...
Tofiq abinin məclisləri də başqa yığıncaqlara bənzəmirdi, söz-söhbətindən, zarafatlarından doymaq olmurdu Tofiq abinin. Hər zaman gənc yazı-pozu adamlarıını ətrafına toplayırdı. Yaşıdlarından isə Maarif Soltan, Aslan Quliyev, Tofiq Nurəli ilə oturub-durmağı xoşlayırdı.
Tofiq Abdinin 70 illik yubileyi də qəribə oldu. Dedi ki, bütün dostları yığıb qonaqlıq verməyə gücüm çatmır, iki-bir, üç-bir dəvət edəcəm oturub qeyd edərik. Dediyi kimi də elədi və bir də gördük il başa çatır, amma Tofiq Abinin yubiley məclisləri hələ davam edir.
Sonrakı yubileylər Tofiq Abdinsiz keçir. Elə 80 illiyi də.
Əvəzolunmaz və bənzərsiz Tofiq Abdini, dostların Tofiq Abisini onun öz misraları ilə yad edirəm:
Öləndən sonra
çox demirəm,
bir azacıq üşüyə bilsəydim
qışda.
canım bir azcıq isinsəydi
yayda
öləndən sonra darıxmaya bilsəydim
o tənhalıqda.
ah... bir oyana bilsəydim
hər sabah
oyandığım kimi danüzü
gəlib öpə bilsəydim
balalarımın üzündən
ruhum bir duman olub
keçsəydi Muğan düzündən
oyana bilsəydim
bir daha ölməzdim düşünürəm.
Etibar Cəbrayıloğlu yazır
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.