Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
313
31.08.2026, 19:36
Avqustun 31-də Azərbaycan Respublikasının Ali Məhkəməsində Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Oxu24.com -a Ali Məhkəmədən bildirilib.
Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Görüş zamanı ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi genişləndirilir, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, qanunvericilik bazası müasir çağırışlara uyğun olaraq davamlı şəkildə təkmilləşdirilir. Məhkəmə-hüquq sahəsində Azərbaycan və Çin arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin təşviqi, eləcə də hər iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.
Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanda məhkəmə-hüquq sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar yüksək qiymətləndirilib.
Görüşdə həmçinin məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.