Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
04 Noyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
283
28.08.2026, 10:15
Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses sentyabrın 2-si saat 23:59-dək davam edəcək.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları https://www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent" jurnalının 5‑ci sayında dərc olunub.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu, ixtisas qrupları üzrə müsabiqə şərtləri, elektron ərizənin doldurulma qaydası və s. zəruri məlumatlarla qəbul elanının tam mətnində tanış ola bilərsiniz.
Subbakalavrlar müsabiqədə iştirak etmək üçün sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər
Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları "Abituriyent" jurnalının 7-ci sayından seçə bilərlər. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
10:03 / 04 Noyabr 2026
15
10:00 / 04 Noyabr 2026
22
09:54 / 04 Noyabr 2026
45
09:52 / 04 Noyabr 2026
41
09:43 / 04 Noyabr 2026
46
09:31 / 04 Noyabr 2026
54
09:30 / 04 Noyabr 2026
51
09:25 / 04 Noyabr 2026
52
09:22 / 04 Noyabr 2026
90
09:12 / 04 Noyabr 2026
73
09:05 / 04 Noyabr 2026
359
09:00 / 04 Noyabr 2026
100
08:58 / 04 Noyabr 2026
95
08:58 / 04 Noyabr 2026
845
08:47 / 04 Noyabr 2026
101
05:10 / 04 Noyabr 2026
199
01:45 / 04 Noyabr 2026
1910
01:07 / 04 Noyabr 2026
334
00:56 / 04 Noyabr 2026
496
00:38 / 04 Noyabr 2026
643
00:30 / 04 Noyabr 2026
670
00:29 / 04 Noyabr 2026
251
00:18 / 04 Noyabr 2026
423
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.