İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
237
24.08.2026, 19:13
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Bakı-Daşkənd münasibətlərinin inkişafında yeni mərhələ kimi qiymətləndirilir.
Səfərin əsas siyasi nəticələrindən biri Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənəd son illərdə formalaşmış xüsusi münasibətlər sistemini siyasi-hüquqi baxımdan möhkəmləndirir.
Azərbaycan və Özbəkistan münasibətləri ardıcıl qurulan strateji xəttin nəticəsidir. Son illərdə əlaqələr strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması da bu prosesin məntiqi davamıdır.
Əbədi dostluqdan strateji gələcəyə
Müqavilədə suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək prinsiplərinin təsbit edilməsi münasibətlərin ayrı-ayrı layihələRlə məhdudlaşmadığını göstərir. Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfə isə siyasi həmrəyliyin konkret nümunəsidir.
Bakı-Daşkənd xəttinin güclənməsi Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasını genişləndirir. Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mühüm halqadır, Özbəkistan isə regionun böyük iqtisadi və demoqrafik potensiala malik dövlətlərindəndir.
Bakı-Daşkənd xətti Türk dünyasının geosiyasi çəkisini artırır
Bu potensialların birləşdirilməsi Xəzərin hər iki sahilində yeni əməkdaşlıq arxitekturasının formalaşmasına şərait yaradır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatında tamhüquqlu iştirakı da Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi əlaqələrin dərinləşməsi üçün zəmin yaradır. Bu proses Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya ilə paralel inkişaf etdikcə regionun geosiyasi çəkisini artıra bilər.
Yeni mərhələnin əsas xüsusiyyətlərindən biri siyasi münasibətlərin iqtisadi məzmunla tamamlanmasıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon dollara çatıb və əvvəlki illə müqayisədə təxminən üç dəfə artıb. Növbəti hədəf qarşılıqlı ticarəti 1 milyard dollara çatdırmaqdır.
İqtisadi əməkdaşlıq münasibətlərin yeni dayağına çevrilir
Əməkdaşlıq yalnız idxal-ixrac əməliyyatları ilə məhdudlaşmır. 500 milyon dollar kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, avtomobil istehsalı, enerji, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələr tərəflərin ortaq istehsal və investisiya modelinə keçdiyini göstərir.
Nəqliyyat və yaşıl enerji münasibətlərə regional ölçü verir. Orta Dəhlizin imkanlarının genişlənməsi Özbəkistan üçün Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çıxışı asanlaşdırır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin Xəzər vasitəsilə ötürülməsi üzrə əməkdaşlıq isə tərəfdaşlığın gələcəkdə Avrasiyanın enerji xəritəsində də rol oynaya biləcəyini göstərir.
Beləliklə, səfər münasibətlərin siyasi etimaddan iqtisadi inteqrasiyaya, ikitərəfli əməkdaşlıqdan regional tərəfdaşlığa keçidini göstərir. Yeni mərhələdə əsas məsələ yüksək siyasi münasibətlərin konkret iqtisadi, nəqliyyat, enerji və investisiya layihələrinə çevrilməsidir. Mövcud dinamika Bakı və Daşkəndin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq məkanının formalaşmasında əsas aktorlardan birinə çevrildiyini göstərir.
23:16 / 24 Oktyabr 2026
140
22:52 / 24 Oktyabr 2026
110
22:34 / 24 Oktyabr 2026
105
22:14 / 24 Oktyabr 2026
83
22:05 / 24 Oktyabr 2026
273
21:42 / 24 Oktyabr 2026
1692
21:28 / 24 Oktyabr 2026
90
21:12 / 24 Oktyabr 2026
93
21:07 / 24 Oktyabr 2026
91
20:52 / 24 Oktyabr 2026
89
20:34 / 24 Oktyabr 2026
95
20:31 / 24 Oktyabr 2026
911
20:12 / 24 Oktyabr 2026
101
20:05 / 24 Oktyabr 2026
101
19:55 / 24 Oktyabr 2026
95
19:40 / 24 Oktyabr 2026
96
19:09 / 24 Oktyabr 2026
134
18:55 / 24 Oktyabr 2026
92
18:40 / 24 Oktyabr 2026
108
18:27 / 24 Oktyabr 2026
102
18:20 / 24 Oktyabr 2026
422
18:13 / 24 Oktyabr 2026
634
18:07 / 24 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.