Prezident tərəfindən təltif olunan Aida Eyvazlı:Mənə böyük şərəfdir
05 Noyabr 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
258
21.08.2026, 14:25
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Sənəddə hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, uçuş tezliklərinin və aviabiletlərin əlçatanlığının artırılması, eləcə də regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi xüsusi yer alır. Bu addımların ölkə turizminə təsiri və Azərbaycanın regional aviasiya mərkəzinə çevrilmə imkanları media portalımızın diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov dövlət proqramının tətbiqinin sektora gətirəcəyi yenilikləri geniş şərh edib.
Ekspert bildirib ki, yeni təsdiqlənən dövlət proqramı ölkə turizminin inkişafında ciddi fərq yarada və turist axınının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər:
"Dövlət proqramında 3 yeni rekreasiya zonasının və orada turizm mərkəzlərinin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, araşdırmalar və mətbuatda gedən məlumatlar da göstərir ki, Azərbaycanda adam başına düşən hotel otaqlarının və yerləşmə vasitələrinin sayı dunya ortalamasından müəyyən qədər geri qalır. Bu proqram investisiya təşviqinə zəmin yaradır ki, gələcəkdə Azərbaycanda hotellərin tikintisi, subsidiyaların və müəyyən güzəştlərin əldə olunması kimi mexanizmlər işə düşsün. Bu da həm infrastrukturun daha sürətli aparılmasına, həm də turistlərin ölkəmizə gəlməsinə və turizm çeşitlənməsinə öz müsbət təsirini göstere bilər”.
Ceyhun Aşurov rekreasiya zonalarında yeni yerləşmə vasitələrinin və məhsulların yaradılmasının vacibliyini qeyd edib:
"Rekreasiya zonalarında mehmanxanaların və yerləşmə vasitələrinin tikilməsi, eləcə də bu zonaların tələblərinə uyğun turizm məhsullarının yaradılması əsas şərtlərdən biridir. Eyni zamanda güzəştli maliyyələşmənin təmin olunması yerləşmə yerlərinin və turizm infrastrukturunun inkişafına səbəb olacaq, eləcə də rəqabət mühitinin formalaşmasına müsbət təsir göstərəcək. Proqramda nəzərdə tutulan liberal yanaşma ilə ölkəyə turist axınının indiki səviyyədən en azı iki dəfə daha çox artırılması və gətirilməsi hədəflənir”.
Ekspert aviasiya sahəsindəki yeniliklərə, xüsusən regional hava limanlarının roluna və aviabilet qiymətlərinə də toxunub:
"Uçuş coğrafiyasının genişləndirilməsini onsuz da Azərbaycan Hava Yolları (AZAL) nəzərdə tutur. Lakin burada daha çox digər beynəlxalq hava limanlarımızdan səmərəli və liberal addımlarla istifadə olunması planlaşdırılır. Çarter reyslərinə müəyyən fondlar vasitəsilə dəstək göstərilməsi və bu reyslərin icrası müəyyən hədəf pazarlardan daha çox turistin gəlməsinə səbəb ola bilər”.
Son olaraq, o əlavə edib ki, hazırda turistlərin Azərbaycanı seçməsində ən birinci səbəb və ciddi həlledici rol oynayan məqam hava nəqliyyatı xərcləridir. Bu kimi liberal addımlar atılmaqla biz nəqliyyat xərclərini azalda və xüsusən regional beynəlxalq hava limanları vasitəsilə ölkəmizə daha çox turistin gəlişini təmin edə bilərik.
Çimnaz Telmanqızı
17:45 / 05 Noyabr 2026
1
17:26 / 05 Noyabr 2026
63
17:19 / 05 Noyabr 2026
53
17:03 / 05 Noyabr 2026
392
16:53 / 05 Noyabr 2026
99
16:47 / 05 Noyabr 2026
84
16:34 / 05 Noyabr 2026
142
16:30 / 05 Noyabr 2026
97
16:25 / 05 Noyabr 2026
102
16:20 / 05 Noyabr 2026
108
16:09 / 05 Noyabr 2026
901
15:55 / 05 Noyabr 2026
1019
15:46 / 05 Noyabr 2026
163
15:31 / 05 Noyabr 2026
228
15:25 / 05 Noyabr 2026
133
15:10 / 05 Noyabr 2026
111
14:57 / 05 Noyabr 2026
253
14:50 / 05 Noyabr 2026
193
14:48 / 05 Noyabr 2026
243
14:44 / 05 Noyabr 2026
126
14:41 / 05 Noyabr 2026
176
14:36 / 05 Noyabr 2026
135
14:25 / 05 Noyabr 2026
208
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.