İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
465
19.08.2026, 19:27
Son illər Bakıda sürətlə artan hündürmərtəbəli tikililər şəhər mühitinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Paytaxtda torpaq resurslarının məhdudluğu fonunda "vertikal şəhər" modeli bir çoxları üçün yeganə çıxış yolu kimi görünür. Lakin bu modelin planlama aparılmadan tətbiqi nəqliyyat sıxlığı, mühəndis kommunikasiya xətlərinin yüklənməsi və sosial infrastruktur çatışmazlığı kimi ciddi fəsadlar yaradır.
Göydələnlərin qeyri-mütənasib yerləşdirilməsi həm də şəhərin mikroiqliminə, külək koridorlarına və gün işığının paylanmasına mənfi təsir göstərir. Dünya təcrübəsi və beynəlxalq təşkilatların standartları göstərir ki, şəhərsalmada əsas məqsəd binaların hündürlüyü deyil, həmin sıxlığı daşıya biləcək infrastrukturun mövcudluğudur. Bakının gələcək inkişafı yalnız mərkəzin şaquli sıxlaşdırılması ilə dəyil, yükün ətraf ərazilərə bərabər paylandığı balanslı model üzərində qurulmalıdır. Əks halda, torpaq qıtlığı problemi həll olunmur, sadəcə üfüqi müstəvidən vertikal müstəviyə daşınmış olur.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı novator-inşaat məsələləri üzrə ekspert və memar Muxtar Ərturan öz konseptual baxışını təqdim edib.
"Hündürlük şəhərsalma məqsədi deyil, sadəcə alətdir"
Memar Muxtar Ərturanın sözlərinə görə, vertikal şəhər modeli Bakı üçün nə tam yanlış, nə də universal həll hesab edilə bilər:
“Sıxlıq və infrastruktur balanslaşdırılmalıdır. 20–30 mərtəbəli bina tikildikdə mənzil sayı ilə bərabər avtomobil sıxlığı, su, kanalizasiya, elektrik tələbatı, həmçinin məktəb, bağça və parkinq ehtiyacı kəskin artır.
Hündür binalar düzgün yerləşdirilmədikdə qonşu tikililərin gün işığını kəsir, küçə səviyyəsində arzuolunmaz turbulentlik və külək koridorları yaradır”.
O qeyd edib ki, kompakt şəhər modeli genişlənmənin qarşısını almaq üçün uğurludur, lakin UN-Habitat sıxlaşmanın yalnız planlı altyapı və yaşıllıq zolaqları ilə paralel aparılmasını əsas şərt sayır.
Memar həmçinin, vurğulayıb ki, Bakının Baş Planına uyğun olaraq, bütün xidmətləri mərkəzə yığmaq əvəzinə yeni şəhər mərkəzləri yaradılmalı, iş yerləri və nəqliyyat həmin nöqtələr ətrafında inkişaf etdirilməlidir.
"Əgər 20 mərtəbəli bina tikib onun yolunu, məktəbini, kanalizasiyasını və ictimai nəqliyyatını təmin etmiriksə, problemi həll etmirik — sadəcə üfüqidən vertikala daşıyırıq. Gələcəyin Bakısı yalnız hündür deyil, balanslı və çoxmərkəzli olmalıdır”, — deyə Muxtar Ərturan vurğulayıb.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.