Ulduz falı: 14 noyabr, 2026-cı il
13 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
223
19.08.2026, 13:06
Dünən Karl Popperin "Açıq cəmiyyət" kitabının ikinci cildini yenidən vərəqləyəndə Aristoteldən gətirilən belə bir sitata rast gəldim:
"Təbiətcə özü-özünə aid olmayıb başqasına aid olan insan təbiətcə kölədir".
Təbiətcə özünə aid olmamaq nə deməkdir? Öz varlığını başqa birinin varlığı ilə təsdiqləmək və öz varlığını onu təsdiqlədiyi digər varlıqdan şüurlu, yaxud şüursuz şəkildə asılı hala gətirmək.
Yəni kölə, sadəcə, ağası olan adam deyil, ağanın özü də öz varlığını başqa birinin varlığıyla təsdiqləyirsə, o da kölədir. "Divin canı şüşədədir" məsəli.
İnsan niyə öz varlığını başqa birinin varlığıyla təsdiqləmək ehtiyacı duyur? Çünki tənbəldir, məsuliyyətdən qaçır. Ona onun yerinə var olan, düşünən, qərarlar qəbul edən biri lazımdır. Başqa birinin varlığı kölə təbiətli insanın "komfort zonası"dır. Başqa biri vasitəsilə var olmaq psixoloji rahatlıq gətirir, məsuliyyət öhdəliyini yox edir.
Ateizm bu mənada insanı başqa birinin varlığının asılılığından qurtarıb özünə bağlayan, ona öz məsuliyyətini dərk etdirən, onun yerinə düşünən, qərarlar qəbul edən birinin olmadığını söyləyən, onu başqasının varlığındakı "komfort zona"dan məhrum edən fəlsəfi bir dünyagörüşüdür.
Ateist bədbindirsə, "imanı" kamil deyil. Gözü hələ də başqasının varlığındadır. Ateistin "yoxdur" kəlməsi inkar deyil, imtinadır. Başqasının varlığı ilə öz varlığını təsdiqləyən kölə təbiətli olmaqdan qaçışdır.
Ateizm özü-özünü yaratma, özü-özünə sığınma, özü-özünə aid olma cəsarətidir.
Aristotel bunu bacarmayanları təbiətcə kölə adlandırırdı.
Aqşin Yenisey
23:49 / 13 Noyabr 2026
1
23:40 / 13 Noyabr 2026
41
23:28 / 13 Noyabr 2026
51
23:22 / 13 Noyabr 2026
64
23:17 / 13 Noyabr 2026
66
23:09 / 13 Noyabr 2026
74
23:05 / 13 Noyabr 2026
68
23:02 / 13 Noyabr 2026
72
22:53 / 13 Noyabr 2026
86
22:49 / 13 Noyabr 2026
83
22:41 / 13 Noyabr 2026
83
22:36 / 13 Noyabr 2026
98
22:18 / 13 Noyabr 2026
92
22:13 / 13 Noyabr 2026
92
22:03 / 13 Noyabr 2026
494
21:43 / 13 Noyabr 2026
865
21:36 / 13 Noyabr 2026
98
21:29 / 13 Noyabr 2026
127
21:24 / 13 Noyabr 2026
200
21:03 / 13 Noyabr 2026
108
20:58 / 13 Noyabr 2026
121
20:50 / 13 Noyabr 2026
1174
20:41 / 13 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.