Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
21 Avqust 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
126
19.08.2026, 14:15
Müasir dövrdə baş verən sürətli demoqrafik dəyişikliklər və əhalinin böyük şəhərlərə axını memarlıq və şəhərsalmada tamamilə yeni formatın tətbiqini zəruri edir. Bu tələb yalnız binaların yerləşdirilməsini deyil, həm də yaşıl zonaların salınmasını, eksteryer və interyer həllərini, eləcə də tikililərdə təbii havalandırma və işıqlandırma sistemlərinin yenidən qurulmasını əhatə edir. Hələ əsrlər öncə dünya memarları iqlimə, coğrafi şəraitə və əhali sayına uyğun dəqiq hesablanmış mükəmməl layihələr hazırlasalar da, sonrakı dövrlərdə intensiv məskunlaşma səbəbindən bu köklü ənənələr arxa plana keçdi. Nəticədə şəhərlər infrastruktur sıxlığı, təbii resursların çatışmazlığı və ekoloji problemlərlə üz-üzə qaldı. Bu gün isə klassik şəhərsalma prinsiplərinə qayıdış və onların modern texnologiyalarla sintezi artıq qaçılmaz bir siqnala çevrilib.
İndi kanalizasiya sistemlərindən tutmuş enerji effektivliyinə qədər hər bir detal demoqrafik təzyiqə tab gətirə biləcək dayanıqlı model üzərində qurulmalıdır. Ən önəmlisi operatesiya prosesində yalnız memarlar deyil, ekoloqlar, elmi-texniki mütəxəssislər və müxtəlif sahə ekspertləri birgə fəaliyyət göstərməlidir.
Məsələ ilə bağlı tanınmış memar Cahid Həsənov Oxu24.com-a açıqlamasında əhali strukturunun dəyişməsi, mənzil və ictimai məkanların planlaşdırılmasına təsiri haqqında danışıb:
"Demoqrafik dəyişikliklər ən əsas memarlıq və şəhərsalmada yeni bir format tələb edir. Bu tələb şəhərsalmada həm yaşıllıqlarla, həm tikililərin yerləşdirilməsində, həm eksteryer və interyer layihələrində, həm də artıq binalarda təbii havalandırma, təbii işıqlandırma layihələrində yeni formatın tətbiq olunmasıdır”.
O qeyd edib ki, demoqrafik dəyişikliklər olmamışdan öncə, əsrlərlə hələ belə tələb ortaya çıxmazdan əvvəl dünya memarları tam bu standartlara cavab verən səviyyədə layihələndirmə edirdilər. Lakin sonrakı dövrlərdə sanki bu ənənə demək olar ki, yaddan çıxıb. Əhali artımı, böyük şəhərlərə insan axını artdıqca, əsl memarlıq arxa plana keçib və nəticəsi də üzləşdiyimiz bu problemlər olub.
Memarın sözlərinə görə, nəhayət, ciddi siqnal verildi ki, klassik memarlıq və şəhərsalma formatı yenidən bərpa edilsin:
“Daha dəqiq desək, ümumiyyətlə tarixi memarlıq və şəhərsalmada daima mənzil və ictimai məkanların planlaşdırılmasında problem olmurdu. Hər bir regiondan asılı olmayaraq, hər bir ərazinin coğrafi şəraitinə, iqliminə, yaşayan insanların sayına və ildəki artımına görə dəqiq hesabla layihələr və tikililər tətbiq olunurdu.
İndi artıq bu daha ümumdünyəvi bir problemə çevrilib. Şəhərsalmada hələ çoxdan önəm vermədiyimiz kanalizasiya sistemindən tutmuş təbii havalandırmayadək demoqrafik dəyişikliklərə tab gətirəcək yeni şəhərsalma layihələndirməsi olmalıdır”.
Memar vurğulayıb ki, hazırda yeni texnologiyaların inkişafı da məhz bu işin yeni dövr üçün mükəmməl qurulmasına zəmin yaradır:
“Bu işdə memarlarla yanaşı, digər sahə mütəxəssislərinin də birgə işləməsi yeni dövrdə geniş vüsət tapmalıdır. Yəni ekoloqlardan tutmuş elmi-texniki mütəxəssislərədək müxtəlif sahə sahibləri bu prosesdə çiyin-çiyinə addımlamalıdırlar”.
Çimnaz Telmanqızı
22:25 / 21 Avqust 2026
42
22:11 / 21 Avqust 2026
53
21:57 / 21 Avqust 2026
62
21:30 / 21 Avqust 2026
59
20:56 / 21 Avqust 2026
63
20:52 / 21 Avqust 2026
63
20:14 / 21 Avqust 2026
74
19:42 / 21 Avqust 2026
88
19:21 / 21 Avqust 2026
90
19:08 / 21 Avqust 2026
165
18:46 / 21 Avqust 2026
96
18:41 / 21 Avqust 2026
76
18:33 / 21 Avqust 2026
92
18:20 / 21 Avqust 2026
74
18:10 / 21 Avqust 2026
109
17:59 / 21 Avqust 2026
95
17:45 / 21 Avqust 2026
119
17:30 / 21 Avqust 2026
99
17:10 / 21 Avqust 2026
131
17:00 / 21 Avqust 2026
85
16:58 / 21 Avqust 2026
96
16:46 / 21 Avqust 2026
88
16:32 / 21 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.